Sizin Reklam Burada
Xəbər lenti
07-09-2025
06-09-2025
BÜTÜN XƏBƏRLƏR

"Azərbaycandan etibarlı tərəfdaş yoxdur" - Malena

Tarix: 16-11-2016 13:32     Baxış: 3460 A- / A+
"Azərbaycandan etibarlı tərəfdaş yoxdur"


Avropa İttifaqı (Aİ) regionda Azərbaycandan daha etibarlı tərəfdaş görmür.

Trend-in məlumatına görə, bu sözləri bu gün Bakıda keçirilən “Azərbaycanda infrastruktur, elektrik enerjisi və bərpa olunan enerji mənbələrinə investisiyalar” mövzusunda çıxış edən Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

Onun sözlərinə görə, Aİ və Azərbaycan çox vacib ticarət tərədaşlarıdır.

“Azərbaycanın idxal etdiyi məhsulların 50 faizdən çoxu Avropa ölkələrinin payına düşür. İndi bizim tərəfdaşlığımız stabillik və möhkəm əməkdaşlıq mərhələsinə keçir. Bu əməkdaşlıq Aİ üçün çox vacibdir”, - Mard deyib.

Malena Mard Avropa İttifaqının ASAN xidmətin iş təcrübəsini öyrənmək və iqtisadi sahələrin inkişafında Azərbaycanla təcrübə mübadiləsi aparmaq niyyətində olduğunu da bildirib.

“Azərbaycan "Cənub qaz dəhlizi" layihəsinin realizəsi yolu ilə bizə enerji təhlükəsizliyini təmin etməyə imkan verir. Bu, bizim üçün çox vacib layihədir və Aİ bütünlüklə bu layihəni dəstəkləyir. Layihəyə başqa ölkələr də qoşula bilər, məsələn İran”, - Aİ rəsmisi qeyd edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar