Sizin Reklam Burada
Xəbər lenti
07-05-2024
06-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Qollarına qədər olar qucaq açdığın yolların intiharı..." Cavid Fərzəlidən şeir...

Tarix: 29-01-2019 11:03     Baxış: 2313 A- / A+
Uşaqların oyuncaqları qırıldığı gündən həyata addımları,
Quşlarınsa qanadları qopduğu yerdən göy üzü başlayır...


"Qollarına qədər olar qucaq açdığın yolların intiharı..." Cavid Fərzəlidən şeir...


Manevr.az gənc şair Cavid Fərzəlinin şeirlərini təqdim edir:

***

Toz basmış şəkillərin
tozunu gözümlə aldım.
Diləndim əllərini
Yoxsulluğum
ayrılıq idi.
səndən qalan sonuncu
əşyanıda satdım,
bağışla sənsizlik
bir parça çörək aclığı oldu...

***
Qucaq açdığın yolların intiharı.

Adam, həmişə əllərini məğlub
bildiyi yerdən tutarmış.
Qorxuyla qazandığı hər şey üçün,
İçinə uduzarmış.

Eh dostum,
Hər kəsin ürəyində
günahsız bir dustağı var,
Heç vaxt üstünə gələ bilmədiyi,
öldüyü bir yeri var,
Barışdığı göz yaşlarında.

Beləcə,
taleyi qarımış bəxtəvər yollarda
Tanrısız ölə bilmirsən.
Çünki tərk edilmiş ürəklər yenilməzdir.
Çünki günəşdən sonra barmaqlarımız
doğulmur sadəcə ölür...

Və bütün yollara ayaqlarını bağışlamaqdısa qələbə...
Hardasa bir ana ürəyi ölür,
Hardasa vətənsiz bir ürək özgür yaşayır,
Hardasa küçələr yetim inqilab böyüdür.

Daha sonra dönmək istədiyin hər
addımında göy üzünə yağış düşməz.
Qollarına qədər olar qucaq açdığın yolların intiharı...
Azadlıqsa tək bir divar dalında üç divarçün üşümək...

***

Od düşən günümə
Yanmayın mənim.
əl uzatmayın mənə
Əllərim kardı mənim.

Ürəyimi küçə-küçə
ayaqlayan adamlar,
Yabancı bir yoldasa,
ən çox sevdiklərim tanıyır məni.

Uşaqların oyuncaqları
qırıldığı gündən həyata addımları,
Quşlarınsa qanadları
qopduğu yerdən göy üzü başlayır...

müqəddəslər ağacların edam şəkilində unudulur.
dilənçilərsə ovuclarımın xoşbəxt günündə.

Daha üzülməyin, dostlar
Daha məndən qorxmayın...
Qollarım sağdı mənim,
Qucağıma həsrətəm...


Ən yaxın dostuma...

Zaman mehriban düşmənin olar,
Dünyanın ölən səhəri oyanarsan.
Əqrəbləri itmiş saat kimi,
Hər şeyin vaxtı indi olduğun düşünərsən.

Üzünə ən çox gülən kədərin olar
Səni sevmədiklərin soraqlar.
Sənə nifrət edənlər,
səni ən çox sevənlər olar.

Tənhalığın qovuşarkən başlıyar,
Təkliyinə yerləşməz dünya
Bir kiçicik yuva xoşbəxtliyinə sığar.
Əlin çatmaz dibsiz sevgilərə,
dilənçilər sevər ovcunu.

Unutqanlığın ölümə aparan yol alar,
Dünyanın üzün tutar sevgisizliyin.
Barmaqların tətik alar,
güllələnər ağ göyərçilərin
müqəddəsliyi.

Cavid Fərzəli

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar