Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Osmanlı dövrünə aid TÜKÜRPƏDƏN FAKTLAR - ÇOX DƏHŞƏTLİDİR

Tarix: 28-01-2019 14:21     Baxış: 4257 A- / A+
Osmanlı dövrünə aid TÜKÜRPƏDƏN FAKTLAR - ÇOX DƏHŞƏTLİDİR

Osmanlı dövründə olan ifritə, vampir, tilsimçi və sehrbazların varlığı məsələsi ortaya çıxıb.

Osmanlı dönəminin ən nüfuzlu şəxslərindən olan, o dövrün Şeyxülislamı, farsca, ərəbcə və türkcə 20-dən artıq əsərin müəllifi, Ədirnə qazisi Şeyxülislam Ebussuud Əfəndinin o zaman məlum olan 2 ifritə hadisəsi ilə bağlı fətvası tapılıb.

Ədirnədə baş verən 2 ayrı ifritə hadisəsinin birincisində ifritə olduğu iddia edilən şəxsin müsəlman bir kişi olduğu qeyd edilmiş və xalq arasında qorxu başlamışdı.
Bu zaman Ədirnə qazisi Şeyxülislam Ebussuud Əfəndinin bu məsələdə fətvası belə idi:

"İfritə olduğu dəqiqləşən bir adamın qarnına şiş saplanmasına, bu olmasa, başının kəsilib ayaqlarının altına yerləşdirilməsinə, nəhayət, bu da olmasa yandırılıb məhv edilməsinə icazə verilir".

Orta çağ dövlətlərində məhkəmə sistemi "qazı" adlanan dini hakimlərin əlində idi. "Qazı" artıq ölmüş olan şəxsdən şübhələndikləri təqdirdə bu fətvanın hökmünün nə olacağını mərkəzdən soruşanda isə, verilən cavab xüsusi maraq doğurur: "Bir ekspert yanında məzarı açın və dəfndə həqiqətən ifritəlik əlaməti görülərsə, bunu mərkəzə bildirin".

Bu zaman ifritəliyin necə başa düşüləcəyi sualına isə: "Meyitin rəngi qırmızıya çevrilibsə, o ifritədir" cavabı gəlib…

Yaşanmış ikinci ifritə hadisəsi də məhz ölmüş tilsimçi ilə bağlıdır. İfritə olduğu iddia edilən şəxs hələ üç ay əvvəl ölmüş bir qadındır. Bu səbəbdən, cənazənin açılmasında kişi iştirak edə bilməzdi. Ona görə də, mərkəzdən təyin edilən 4 qadın gətirilir və bu qadınların şahidliyi ilə cəsədin çürüməmiş, rənginin qırmızıya çevrilmiş olduğu mərkəzə bildirilir.

Mərkəzdən gələn cavabda, xalqı qorxudan xilas etmək üçün görülməsi lazım olan hər şeyə icazə verilir, cəsəd yandırılır.//publika

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar