Sizin Reklam Burada
Xəbər lenti
14-10-2025
13-10-2025
BÜTÜN XƏBƏRLƏR

Dünyanın ən böyük aeroportu “Pekin Dasin”də sınaq uçuşları həyata keçirilir

Tarix: 27-01-2019 16:09     Baxış: 3194 A- / A+
Dünyanın ən böyük aeroportu “Pekin Dasin”də sınaq uçuşları həyata keçirilir



Pekindəki üçüncü, dünyanın isə ən böyük aeroportu olan "Pekin Dasin”də ilk sınaq uçuşları həyata keçirilir və uçuşların təhlükəsizliyi üzrə yoxlamalar aparılır. Sınaq uçuşları martın 15-dək davam edəcək.


Manevr.az xəbər verir ki, iki ay ərzində 4 uçuş-eniş zolağı, 6 cihazlara enmə sistemi (ILS), 7 işıqlandırma sistemi, naviqasiya və digər sistemlər sınaqdan keçiriləcək. Sınaqlar başa çatdıqdan sonra hava limanı istismara hazır olacaq.

Hava limanı Pekinin mərkəzindən 46 kilometr cənubda Dasin bölgəsi və Xebey əyalətinin mərkəzi Lanfan şəhəri ilə kəsişmədə yerləşir. "Pekin Dasin” hava limanının sentyabrın 30-da tam istifadəyə verilməsi planlaşdırılır.

Qeyd edək ki, aeroportun əsas binasının dizayn layihəsi əfsanəvi Zaha Hadidə məxsusdur. Ümumi sahəsi 1 milyon kvadratmetrə qədər genişləndiriləcək hava limanının ərazisində dünyada ilk dəfə sürətli dəmir yolu fəaliyyət göstərəcək. Aeroportun 4 uçuş-enmə zolağı ildə 620 min təyyarə qəbul edib, yola salacaq. Hava limanından həm daxili, həm də beynəlxalq uçuşlar həyata keçiriləcək. 2025-ci ildə aeroportun sərnişin ötürmə gücü 72 milyon nəfərə çatacaq.xezerxeber.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar