Sizin Reklam Burada
Xəbər lenti
27-04-2024
26-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Bu, Qarabağa xəyanətdir"

Tarix: 25-01-2019 17:30     Baxış: 4171 A- / A+
"Bu, Qarabağa xəyanətdir"

“Sülh sözü son zamanlar çox istifadə edilir. Termin rus dilindən hərfi tərcümə olunub. Buna görə də yanlış anlaşılır. Sülh yolu ilə həll olunma nə deməkdir? O deməkdir ki, əvvəl münaqişə həll olunur, daha sonra sülh bağlanır. Nazirlərin görüşündə əldə edilən razılıq isə əslində konfliktin, münaqişənin dinc yolla həll edilməsi nəzərdə tutulur. Qarabağ münaqişəsinin başlanmasından 30 il keçib. Amma hələ də bu yanlış ifadə istifadə olunur”.

Manevr.az
xəbər verir ki, bu fikirləri publika.az-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı yanvarın 16-da Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşündə xalqların sülhə hazırlanması ilə bağlı əldə edilmiş razılığa münasibət bildirərkən deyib.

S.Rüstəmxanlı bildirib ki, hər şeyə rəğmən, bizim xalqımız sülhə hər zaman hazırdır:

“Bir hadisəni xatırladım. ABŞ prezidenti ata Buş mərhum prezidentimiz Heydər Əliyevə məktub ünvanlamışdı. Buş məktubunda deyirdi ki, siz Qarabağ münaqişəsi ilə bağlı müəyyən güzəştlərlə razılaşın, xalqı bu proseslərə hazırlamaq bizim işimizdir. Yəni vətəndaş cəmiyyətləri xətti ilə, beynəlxalq və aidiyyəti qurumların təzyiqi ilə və s. Nazirlərin görüşü zamanı həmin əhvalat yadıma düşdü. Amma indi torpaqlar işğaldan azad olunmayıb. Ortada heç bir razılaşma yoxdur. Belə olan halda, hələ ki, sülhə hazırlığa ehtiyac yoxdur. Torpaqlarımız qaytarılsa, xalqımız qeyd-şərtsiz sülhə hazırdır. Azərbaycan hökuməti də sülhə hazırlıqla bağlı qəbul edəcəyi qanunlara dair rahatlıqla addım ata bilər. Amma ilk olaraq, işğal olunmuş torpaqlarımızın geri qaytarılması vacibdir. Ondan əvvəl hər hansı bir sülhə hazırlıq prosesi torpaqlarımıza xəyanətdir”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar