Xəbər lenti
"Qayıtmağa ayağı yox bu qəbrin" - Tural Turandan şeir
***
(İmadəddin Nəsimiyə)
Diş ağrısından üzünü tutub
gedir qapı-qapı,
bu qoca qəbiristanlıq,
gedir, özündən gedir.
Bir qəbir laxlayır damağında;
Qəbir deyirəm e, sənə - ağıl dişi...
Qayıtmağa ayağı yox bu qəbrin,
tanrı kimi öldüyün yerdən
qul kimi doğulduğun yurda
niyə qayıdasan ki, a kişi?!.
Bəlkə də bütün dişlər müstəmləkədi
bu qocanın ağzında...
Bəlkə bütün qəbirlərə
vətəndaşlıq verəsiniz...?
Axı tanrılar da vətəndaşdır
adamların içində...
Tural Turan
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































