Xəbər lenti
Azərbaycanın ən hündür, sərt və çətin əyləncəsi

Adrenalin yaşamaq istəyənlərin üz tutduğu ünvan
Qusar ərazisində yerləşən "Şahdağ" turizm mərkəzində bu qış mövsümündə istifadəyə verilmiş 5-ci kanat yolu dəniz səviyyəsindən 2351 metr hündürlükdə yerləşir.
Bu, Azərbaycanın ən hündür kanat yoludur. Ən hündür, sərt və çətin sürüşmə zolağı da elə burada yerləşir.
Adrenalin yaşamaq istəyən turistlər buradan - 2640 metr uzunluğu olan sürüşmə zolağından sürüşürlər. Azərbaycanın ən hündür massivdə yerləşən restoranı da məhz 2351 metr hündürlükdə yerləşir. Yaxın zamanda bu unikal restoranın istifadəyə veriləcəyi nəzərdə tutulur.
"Şahdağ"turizm mərkəzinin marketinq direktoru Rauf Cahangirov İstiPress-ə məlumat verib ki, indi qış dövrünün ən qarlı dövrü olduğundan turistlər Şahdağa çox axın edirlər. Həftə sonları burada 2 min nəfərdən artıq yerli və xarici turist qışın ləzzətini çıxarmağa, xizək, kanat yolu və digər əyləncələrdən istifadə edirlər.
Rauf Cahangirov bu unikal dağ kurortuna dəmiryol xəttinin çəkiləcəyi barədə məlumatlı olsa da, bu istiqamətdə aparılan işlərdən xəbərsiz olduğunu bildirib.istipress
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































