Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Qabaqcadan hazırlanan bu təcavüzkarlıq..." - Millət vəkili

Tarix: 20-01-2019 09:47     Baxış: 3213 A- / A+
"Qabaqcadan hazırlanan bu təcavüzkarlıq..." - Millət vəkili

20 Yanvar 1990-cı il gecəsi Bakıda və Azərbaycan rayonlarında baş verənlər SSRİ hakmiyyətinin Azərbaycan xalqına qarşı cinayəti idi.

Manevr.az xəbər verir ki, bu haqda millət vəkili Aydın Mirzəzadə feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, Ermənistanın Azərbaycan torpaqlarına iddiasına cavab vermək yerinə Mixail Qorbaçov və komandası dinc sakinləri gecə ilə gülləbaraban etdilər.

"Sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur; hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir.

Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milislər olmuşdur. Qara Yanvar faciəsi nəticəsində SSRİ Konstitusiyası və Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır. Qabaqcadan hazırlanan bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır.

Azərbaycan xalqı bu faciəni heç zaman unutmayacaqdır", - millət vəkili qeyd edib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar