Sizin Reklam Burada
Xəbər lenti
17-11-2025
16-11-2025
BÜTÜN XƏBƏRLƏR

Seysmoloji Xidmət zəlzələ olacağı ilə bağlı məlumatlara CAVAB VERDİ

Tarix: 16-01-2019 20:29     Baxış: 3258 A- / A+
Seysmoloji Xidmət zəlzələ olacağı ilə bağlı məlumatlara CAVAB VERDİ

Respublika ərazisində gözlənilən hava şəraiti ilə əlaqədar qabaqlayıcı tədbirlərin görülməsi, əfsus ki, bəzi insanların Bakıda zəlzələ olacağına dair heç bir əsası olmayan, həqiqəti əks etdirməyən və vətəndaşları heç nədən narahat edən xəbərlər yaymasına səbəb olub.

Manevr.az xəbər verir ki, bu barədə modern.az-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müduri Vüsalə Rafiqqızı məlumat verib.
V.Rafiqqızı vətəndaşlar tərəfindən daxil olan çoxsaylı müraciətlərə aydınlıq gətirərək bildirib ki, meteoroloji amillərin zəlzələ ocaqları ilə hər hansı əlaqəsi yoxdur:
"Hazırda respublika ərazisində seysmik aktivlik fon səviyyəsindədir.
Bakıda gözlənilən güclü küləklə bağlı müvafiq qurumlar tərəfindən edilən xəbərdarlıqlar müsbət və vaxtında görülmüş tədbirlərdir.
Odur ki vətəndaşlarımızdan Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadı olmayan hər hansı xəbərə inanmamağı, media nümayəndələrimizdən isə bu səpkili xəbərləri dəqiqləşdirmədən yaymamağı xahiş edirik".


Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar