Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Yanvarın 22-də QƏTİ QƏRAR VERİLƏCƏK: torpaqlar qaytarılacaq, yoxsa... – GÖZLƏR MOSKVADA

Tarix: 16-01-2019 12:43     Baxış: 3270 A- / A+
Yanvarın 22-də QƏTİ QƏRAR VERİLƏCƏK: torpaqlar qaytarılacaq, yoxsa...

Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Yaponiyanın Rusiya ilə sülh müqaviləsi üzrə danışıqları Tokionun "torpaqları ucuz almaq" cəhdi adlandırıb.

Manevr.az
publika.az-a istinadla xəbər verir ki, partiya lideri bu haqda müsahibəsində bildirib.

O xatırladıb ki, Yaponiya faşist Almaniyası ilə birlikdə II Dünya müharibəsi zamanı "Üçlər ittifaqı"nda idi və dəfələrlə Rusiyaya hücum edib. Onun sözlərinə görə, rus əsgərinin ayağı heç vaxt öz iradəsi ilə yapon torpağına dəyməyib.

"Onlar həmişə Urala qədər rus torpaqlarını tutmağı arzulayırdılar", - siyasətçi deyib.

Jirinovski ümidvar olduğunu bildirib ki, yaponlar bir metr rus ərazisini belə heç vaxt almayacaqlar.

""Ən azından, biz Liberal Demokrat Partiyasında buna qarşıyıq", - partiya lideri vurğulayıb.

Jirinovski yaponlara alternativ həll təklif edib: Rusiyada işləmək.

"Yaponlar Kuril adaları məısələsində niyə dirəniblər? Saxalin, Kamçatka, Xabarovsk, Maqadan, Sibir mənimsənilməmiş ərazilərdir. Harada istəyirsinizsə, işləyin, fabrikləri tikin, kənd təsərrüfatı məhsullarını yetişdirin. Bayraq Rusiya bayrağı olacaq, əgər sizdə ərazilər çatışmırsa, siz sakitcə Rusiyada işləyin. Müasir dünyada sərhədlər keçmişdəki kimi rol oynamır", - o hesab edib.

Qeyd edək ki, yanvarın 22-də Moskvada Rusiya prezidenti Vladimir Putin və Yaponiyanın baş naziri Sindzo Abe sülh müqaviləsi haqqında danışıqlaı aparacaq. Yaponiya Rusiyadan Cənubi Kuril adalarını verməyi tələb edir. 2018-ci il noyabrın 14-də liderlər arasında görüş keçirilib. Onlar 1956-cı il oktyabrın 19-da imzalanan Birgə bəyannamə əsasında sülh müqaviləsi üzrə danışıqların aktivləşdirilməsi haqqında razılaşıblar.

Qeyd edək ki, Yaponiya və Rusiya indiyə qədər Kunaşır və İturub adaları, həmçinin Kiçik Kuril dağ silsiləsi barədə mübahisəyə görə sülh müqaviləsi imzalamayıblar. Bu ərazlər İkinci Dünya müharibəsinin sonuna yaxın SSRİ-yə keçib. Yaponiya onları özünün "şimal əraziləri" hesab etməyə davam edir. Tokio ərazi probleminin həlli vasitəsilə müqavilənin imzalanmasında təkid edir.

Daha əvvəl Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov bildirdi ki, Kuril adaları üzərində müstəqillik məsələsi müzakirə edilmir. O vurğulayıb ki, Kuril adaları üzərində Rusiyanın müstəqilliyinin Tokio tərəfindən tanınması olmadan sülh müqaviləsi üzrə danışıqlarda irəliləyiş çətin olacaq.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar