Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ölüləri qəbirdən çıxarırlar, meyitləri parçalayıb yeyirlər — Dünyanın ən qorxunc dəfn mərasimləri

Tarix: 14-01-2019 12:07     Baxış: 3272 A- / A+
Ölüləri qəbirdən çıxarırlar, meyitləri parçalayıb yeyirlər — Dünyanın ən qorxunc dəfn mərasimləri

Dünyanın bütün xalqlarının özünə məxsus dəfn adətləri var.
Manevr.az "ölkə.az"a istinadən xəbər verir ki, bəzi xalqların və cəmiyyətlərin dəfn mərasimi isə çox qorxuncdur. Bu gün belə dəfn mərasimlərini oxucularımız üçün topladıq.

1.Meyitləri məzarından çıxarırlar

Madaqaskarda insanlar ölüləri ildə bir dəfə qəbirdən çıxarıb kəfənini dəyişirlər. Bu ritual ərzində isə rəqs edirlər. Madaqaskar hökuməti dünyada "Ölülər günü" kimi tanınan və meyitlərin qəbirdən çıxarılıb rəqs edildiyi "Famadihana" festivalını yoluxucu xəstəlik səbəbindən ləğv etmişdi. Bununla belə, yerli xalq qadağaya rəğmən yayın əvvəllərində keçirilən festivalda iştirak edir və yeni geyimlər geyindirdikləri meyitlərin onları müqəddəsləşdirdiyinə inanırlar.

2.Rahiblər meyitləri parçalayırlar

Buddizm inancındakı VII əsrdən qalma meyitləri parçalama adəti var. Bu adətə görə, ölən insanın ruhunun göydəki analarına çatması üçün rahiblər meyitləri parçalara ayırır və leş quşlarının məskəni olan dağ başına aparırlar. Quşlar sayəsində havada dağılan meyit parçalarının Səma Anaya çatacağına inanırlar.

3.Əri üçün diri-diri yandırırlar

Hindistanın bəzi bölgələrində hələ də yaşayan adətdir. Bu adətə əsasən, evli kişi arvadından əvvəl dünyasını dəyişsə, qadını ərinə olan sədaqətini isbat etməsi üçün diri-diri yandırıb öldürürlər.

4.Tabutu asırlar
Çinin cənub-qərbindəki Bo bölgəsində ölən insanların meyitlərini basdırmaq və yandırmaq əvəzinə tabutla birlikdə uçurumdan asırlar.

5.Meyitləri yandırıb əylənərək izləyirlər

Aborigenlər ölünü boyalarla bəzədikdən sonra köz üzərində qızardırlar. Meyit qızararkən aborigenlər bu səhnəni izləməkdən böyük zövq alırdılar.

6.Meyitləri yeyirlər

Dierilər ölən insanın üzünü, qolunu, ayağını və yağlı tikələrini yeyərək, bu orqanların onlara qeyri-adi güc mənbəyi olduğuna inanırlar.

7.Peşəsinə görə tabut

Qanada dəfn işi sənətə çevrilib. Qanalılar ölən insanın işinə, peşəsinə görə tabut hazırlayırlar. Məsələn, bir balıqçının tabutunu qayıq formasında, varlı adamın tabutunu isə "Mercedes" formasında dizayn edirlər.
Ölüləri qəbirdən çıxarırlar, meyitləri parçalayıb yeyirlər — Dünyanın ən qorxunc dəfn mərasimləri
Ölüləri qəbirdən çıxarırlar, meyitləri parçalayıb yeyirlər — Dünyanın ən qorxunc dəfn mərasimləri

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar