Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda “donuz qripi” fırıldaqçıları peyda olub — Əhaliyə xəbərdarlıq

Tarix: 10-01-2019 16:30     Baxış: 4257 A- / A+
Bakıda “donuz qripi” fırıldaqçıları peyda olub

Xətai, Suraxanı və Sabunçu rayonlarında yeni fırıldaqçılar peyda olub.


Manevr.az
xəbər verir ki, sözügedən rayon sakinlərinin medicina.az-a verdiyi məlumata görə, bir neçə gənc əllərinə bir aparat götürərək binaların qarşısını gəzir. Onlar bloklara girərək guya "donuz qripi”nə qarşı dezinfeksiya apardıqlarını deyirlər. Həmin şəxslər qapıları döyərək dezinfeksiya etməyi təklif edir, bunun qarşılığında isə 2 manat pul istəyirlər.
Məsələni dəqiqləşdirmək üçün medicina.az-ın əməkdaşı Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, onlara belə bir tapşırıq verilməyib.
"Dezinfeksiya”nın aparıldığı rayonlardan biri - Suraxanı rayon Dezinfeksiya İdarəsindən də fakt təkzib olunub. İdarədən qeyd olunub ki, onlarda da belə "fırıldaq”la bağlı məlumat var: "Bizə belə bir göstəriş yoxdur. Biz də eşitmişik ki, bir neçə oğlan gəzir, bloklara nəsə fısqırdır və sakinlərdən onların da qapısını "dezinfeksiya” eləmək üçün pul alırlar. Verənlər də olur, verməyənlər də. Bizə göstəriş verilməyib. Hətta bizə göstəriş olsa da, binalarda dezinfeksiya etmirik. Biz bağça, məktəb, xəstəxana, iaşə obyektlərini – yəni kütləvi yerləri dezinfeksiya edirik. Kimdirsə, pul yığmaq məqsədilə edir. Çünki qapını və bloku "donuz qripi”nə qarşı dezinfeksiya etmək mənasızdır. Sakinlər gələn şəxslərdən şəxsiyyət vəsiqəsi, işlədiyi yerin vəsiqəsini istəsin”.

Sakinlərə belə halla rastlaşdıqda hüquq-mühafizə orqanlarına müraciət etmələri məsləhət görülür.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar