Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Danimarkada yaşayan soydaşımızın adı bu ölkənin 2019-ci ilin təqviminə salınıb - FOTO

Tarix: 10-01-2019 12:12     Baxış: 3331 A- / A+
Danimarkada yaşayan soydaşımızın adı bu ölkənin 2019-ci ilin təqviminə salınıb

Danimarka-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, danimarkalılara Azərbaycan musiqisini təbliğ edən Kəmalə Hüseynovanın şəkli “Mənim yeni danimarkalı rəfiqəm” layihəsi çərçivəsində Danimarkanın 2019-ci ilin təqviminə salınıb.

Manevr.az
xəbər verir ki, layihənin təşkilatçısı və ideyası Dünya Qadınlar Cəmiyyətinin rəhbəri Alma Andersendir.

Bu barədə məlumatı diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk verib.

Kəmalə xanım Danimarkada Azərbaycan musiqisinin, milli-mənəvi dəyərlərinin təbliğatında xüsusi rol oynayır. Kəmalə Hüseynova uğurlu layihə haqqında ətraflı məlumat verib:

“Kopenhagendə fəaliyyət göstərən Dünya Qadınlar Cəmiyyətinin üzvüyəm. Bu cəmiyyət xətti ilə çox tədbirlərimiz olur. Cəmiyyətə üzv olan qadınlar fərqli ölkələrdəndir. Təbii ki, danimarkalı qadınlar da çoxdur. Bu da bizə öz ölkəmizi təmsil etməyə, mədəniyyət və tariximizi başqa Avropa ölkələrinin nümayəndələrinə, o cümlədən danimarkalilara tanıtmağa imkan yaradır. Həmçinin Novruz bayramı, danimarkalıların yeni illəri təşkil edilir. Öz adət-ənənələrimizdən danışır, musiqimizi və rəqslərimizi ifa edirdik. Həmçinin milli mətbəximizdən nümunələr də təqdim edirdik. Bu isə yeni bir layihənin təklif almasına səbəb oldu.
İçimizdən 12 nəfər müxtəlif ölkələrdən olan qadınlar seçildi. Hər kəs özünün danimarkalı rəfiqəsini layihəyə daxil etdi. Mən də layihəyə Anne Katrina Tove Brix adlı rəfiqəmi dəvət etmişdim. O, musiqiçi və aktrisadır. Həm də ona pianonına dərsləri keçmişəm və buradan da dostluğumuz yaranıb.
İkimiz də çox emosional olduğumuz üçün həmən dostluğumuz yarandı. Çox vaxt danimarkalılar çox emosional deyil, bir az quru və soyuqqanlıdırlar.
Məsələn, bir tədbirdə hər ölkə qadını öz milli geyimini geyib podiumda ondan danışır və milli ornamentlərini göstərir.

Danimarkalı jurnalist Hanne Svendborq bizimlə ayrı-ayır görüşlər keçirib, dostluq tarixçəmizi yazdı. Ayrı-ayrılıqda iş yerimizə gəlib müşahidələr aparır, evdə görüşərək ev həyatımızı izləyirdi. Sonra gördüklərini qələmə alırdı. O, iki fərqli mədəniyyətləri olan ölkə qadınları haqqında kiçik hekayələr qələmə alırdı. Professional fotoqraf Daniel Tuladhar fotolar çəkirdi. Axırda ortaya belə bir maraqlı lahiyə çıxdı”.ölkə.az
Danimarkada yaşayan soydaşımızın adı bu ölkənin 2019-ci ilin təqviminə salınıb

Danimarkada yaşayan soydaşımızın adı bu ölkənin 2019-ci ilin təqviminə salınıb



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar