Xəbər lenti
“Bura gəlsin, nə qədər pul istəsə, verəcəm” - prezident

"Benfika" klubunun prezidenti Luis Felipe Vieyra, boş qalan baş məşqçi postuna Joze Mourinyonu gətirmək istədiklərini açıqlayıb.
Manevr.az komanda.az-a istinadən bildirir ki, Portuqaliya mətbuatına danışan Vieyra, Mourinyonun baş məşqçilik üçün nə qədər pul istəsə, verməyə hazır olduğunu deyib:
"Mourinyo ilə mən yaxın dostuq. "Benfika"ya gəlməyə razılıq versin, pul vacib deyil. Onunla hələ danışmamışam. Mən sadəcə, nəticələri siğortalayacaq bir məşqçi axtarıram.
Mourinyo "Benfika"ya gəlsin, nə qədər pul istəsə, verəcəm. Pul bizim üçün problem deyil".
Joze Mourinyo məşqçilik karyerasına məhz "Benfika"da başlayıb. 2000-ci ilin sentyabrından dekabra qədər "Benfika"da işləyən Mourinyo, daha sonra "Portu", "Çelsi", "Real", "İnter" kimi klublarda çalışıb. Portuqaliyalı mütəxəssisin son iş yeri isə "Mançester Yunayted" olub. 55 yaşlı çalışdırıcı MY-dən uğursuz nəticələrdən sonra, 2018-ci ilin dekabrında göndərilib.
"Benfika" bir müddət əvvəl baş məşqçisi Rui Vitoriya ilə yollarını ayırıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar