Sizin Reklam Burada
Xəbər lenti
14-09-2026
BÜTÜN XƏBƏRLƏR

"Qiyamət" daha sürətlə yaxınlaşacaq: Qərbi ŞOKA SALACAQ XƏBƏR - FOTO

Tarix: 04-01-2019 17:18     Baxış: 4350 A- / A+
"Qiyamət" daha sürətlə yaxınlaşacaq: Qərbi ŞOKA SALACAQ XƏBƏR - FOTO

Rusiyada hazırlanmış "Poseydon" atom sualtı pilotsuz təyyarəsi böyük sürətlə hərəkət edə biləcək.

Manevr.az publika.az-a istinadən xəbər verir ki, bu haqda TASS agentliyinə müdafiə-sənaye kompleksindəki mənbə bildirib.

Pilotsuz aparat saatda təxminən 200 kilometrdən çox hərəkət edə biləcək.

Qeyd edək ki, əvvəlcə "Status-6" kimi məşhur olan "Poseydon" pilotsuz sualtı aparatının hazırlaması haqqında məlumat ilk dəfə 2015-ci ilin noyabrında yayılıb. Rusiya prezidenti Vladimir Putin 2018-ci il martın 1-də Federasiya Şurasına illik müraciətində belə silahın mövcudluğunu rəsmən təsdiq edib.

"Poseydon"un dəqiq taktik-texniki xarakteristikaları rəsmən açıqlanmır. Yalnız məlumdur ki, nüvə enerjisi ilə təchiz edilmiş sualtı aparat qeyri-məhdud məsafədə dərinliyə hərəkət etməyə qadirdir, kütləvi məhvedici silahdır və rəqibin iqtisadi obyektlərinin məhv edilməsi üçün nəzərdə tutulub. "Poseydon" nüvə başlıqları ilə təchiz oluna bilər. Məlumata əsasən, çoxməqsədli "Poseydon" dəniz sisteminin torpedosuna maksimal gücü trotil ekvivalentində iki meqatona qədər olan müxtəlif nüvə başlıqları quraşdırmaq olur.

Rusiyanın Müdafiə Nazirliyindən bildirilib ki, "Poseydon" okean sularının istənilən istiqamətlərində ehtimal edilən rəqibin təyyarədaşıyan və gəmi zərbəçi qrupları ilə mübarizə aparmağa, qitələrarası uzaqlıqda rəqibin sahil infrastrukturunun obyektlərini vurmağa imkan verəcək.

Böyük Britaniya 2018-ci ilin aprelində "Status-6"-nı "Qiyamət günü"nun silahı adlandırdı. Məlumata görə, bu silah 300 fut böyüklüyündə sunami dalğaları yarada bilər. Belə güc isə bir çox iri ABŞ səhərlərini sular altında qoyaraq xəritədən silməyə kifayət edir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar