Sizin Reklam Burada
Xəbər lenti
29-04-2024
28-04-2024
BÜTÜN XƏBƏRLƏR

Nazilə Gültacın bitməmiş nəğməsi

Tarix: 02-01-2019 22:18     Baxış: 3225 A- / A+
(Doğum günü hədiyyəsi)
Nazilə Gültacın bitməmiş nəğməsi


Payız yağışından üst-başı islanan, göz yaşı yağışa qarışan həkim şair Nazilə Gültacın harayı zildən yuxarı olanda hayı bəmdən aşağı olanlara doğru getdiyi yol öz yolunu kəsib, buna görə də deyir: “Gələ bilmirəm özümə... çəkim yollardan gözümü bəlkə?” Bu “Haray”la şeirə gələn Nazilə xanımın bitməmiş nəğməsi oxucunu çəkib öz dünyasına aparır və görürsən ki, hərənin qəlbində bir bitməmiş nəğmə yatır:

Bitməmiş nəğmə var-
oxumadığın.
Eşidirsənmi?
Buludlar Do,
yollar Re,
yağış Mi,
o tənha ev Lya.
Gündüzümüz Sol,
Gecəmiz Fa.
Həyat dağılmış val qırıqları.
Mən müğənni olsaydım,
Elə Sİ dən başlayardım.


Arzuları qəsdinə duran, tale yolu göydə yazılan Nazilə xanıma görə bu dünya əzəldən söz dünyasıdır. Qəlbini söz dünyası yaşadan həkim şair Qərbi Azərbaycandandır. Nazilə Gültac 01 yanvar tarixində anadan olub. İxtisasca həkimdir
AYB- nin və CASCFEN təşkilatının üzvüdür. “Suya yazılan sevda”, Yaşıl pıçıltı”, “Qəlbdən dodağa”, “Ben gönlümü bilmezmiyim” poetik toplularının,
Ankarada çıxan “Nəfəs” dərgisinin Azərbaycan üzrə təmsilçisidir. Türk ədəbiyyatından çevirmələri var.
Nazilə Gültac şeirlərini qürbətdə qalmış Vətən eşqiylə yazır:

Əsər xəzan yeli ömrüm üstünə,
Tökər yarpağını səbrim üstünə,
Yol alıb bir payız qəbrim üstünə,
Gəlsə, dəli sevdam onda ovunar.

Olanım, olmazım pərən-pərəndi,
Nəğmələr dilimdə "Yanıq Kərəmdi",
Vüsalı, hicranı bəndi-bərəmdi,
Gəlsə, dəli sevdam onda ovunar.

Deməsin aylarım , ilim qabaqda,
Dünyanın işləri tərs dolanmaqda,
Gedişin gəlişi hey yubanmaqda,
Gəlsə, dəli sevdam onda ovunar.

Min ildi Gültacın qəlbi yaralı,
Yollar ayrıcında yardan aralı,
Boylana- boylana qalıb qübarlı,
Gəlsə, dəli sevdam onda ovunar.


Bu torpaq sevgisinin, yurd məhəbbətinin ağrılı tərəfi budur ki, keçib gəldiyi yollar onu tanımır. Həyat yolunda geriyə yol yoxdur. Bəs vətən yolu niyə şairin üzünə bağlanıb?! O vətən ki, Nazilə Gültac orada dünyaya gəlib, vaxtilə saz-söz diyarı kimi tanınıb, indi bu saz üçün, bu söz üçün darıxır. O vətən ki, indi düşmən əsarətindədir:

Getdiyim yollardan döndüm,
uçduğum göylərdən endim,
mən yolları tanısam da ,
yollar məni tanımadı.

Qələm alıb dastan yazdım,
sazlar məni tanımadı.
Güllər, çiçəklər tanıdı,
yollar məni tanımadı.

Yolların yaddaşı yoxmuş,
Yolların insafı yoxmuş.
Yolların vəfası yoxmuş,
Yollar məni tanımadı.

Sevincim yağmura düşüb,
ümidlərim islanıbdı.
Ürəyim çəndi, dumandı,
Yollar məni tanımadı.

Çalardım könül sazımı,
deyərdim könül sözümü,
Barı sənin ürəyində
mən tapaydım öz izimi.
Bəlkə onda, bəlkə onda
yollar məni tanıyardı.


Sözardı kimi deyim ki, mən Nazilə Gültacı şeirlərinə görə tanıyıram. Sözü ürəklərə məlhəm çiləyən bir xanım yazar elə yaxşı da həkimdir. Onun ən təsirli dərmanı sözdür, vətənindən, elindən-obasından ayrı düşənlərin həsrətinə su çiləyən söz! Təəssüf ki, söz bu həsrətə, ayrılığa son qoya bilmir.
Şair də elə bunu deyir:

sola, sağa,
Başı dümanlı dağa,
Döndüm sarı yarpağa,
Inandım ayrılığa.

Göz yaşımda gülüşdü,
Yanağımdan sürüşdü,
Durna teli tək düşdü,
İnandım ayrılığa.

Sevgi özü də güldü,
Ləçək- ləçək töküldü,
Sonda bir ovuc küldü,
İnandım ayrılığa.


Şair onda yaşayır ki, yaşantıları ifadə edir, həm də obrazlı şəkildə ifadə edir. Şeirin şəkli xüsusiyyətləri əsas deyil, əsas onun aşıladığı fikirdir, hisslərə və düşüncəyə təsir edən deyimlər əbədiyaşardır. Nazilə Gültac nə klassik şeir şəklinin, nə də ifrat novatorluğun tərəfdarıdır. Onun şeirlərinın şəkli məzmundan doğur. Buna görə də Nazilə Gültacın həm sərbəst, həm də heca vəznində olan şeirləri oxunaqlıdır. Yeri gəlmişkən, bir şeyi də deyim: Nazilə xanım nitqində də, şeirində də yığcamdır, lakonikdir və buna görə də müdrikdir. Bunu onun şeirlərinə baş vuranlar yaxşı bilirlər. Yəni oxucu bu şeirlərə ayrılan mütailə vaxtına təəssüflənmir. Əsas da budur.

Bilal Alarlı Hüseynov,
filologiya üzrə fəlsəfə doktoru

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar