Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Mübariz Mənsimov yeni gəmiyə Rəsulzadənin adını verdi

Tarix: 29-12-2018 18:37     Baxış: 3244 A- / A+
Mübariz Mənsimov yeni gəmiyə Rəsulzadənin adını verdi

"Sən bizimsən, bizimsən, durduqca bədəndə can, yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!".

Manevr.az bildirir ki, Məmməd Əmin Rəsulzadənin bu fikirlərini şəxsi "İnstagram" hesabında payalaşan Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı Mübariz Mənsimov yeni xəbəri izləyiciləri ilə bölüşüb.

O, bildirib ki, mart ayından etibarən Məmməd Əmin Rəsulzadənin adını daşıyan gəmi sularda üzməyə başlayacaq: "Ürəyi Azərbaycanla döyünən, son nəfəsində belə bu gözəl sözlə fani dünyaya gözünü yuman, ancaq əsəri olan Cümhuriyyəti bizə miras buraxan Məmməd Əmin Rəsulzadəni unutmadıq. Azərbaycanın 100 illiyi şərəfinə 21 martda təhvil alacağımız yeni gəmimiz məhz bu böyük şəxsiyyətin adını daşıyacaq. "Palmali"nin idarə heyəti bu təklifimi dəstəklədi və qəbul etdi. Çox sevinirəm ki, Azərbaycanın böyük şəxsiyyətlərinin adlarını daşıyan gəmilərimiz arasında Rəsulzadə ismi də olacaq. "Türkəm, bu cəhətdən özümü xoşbəxt hiss edirəm!" deyən böyük şəxsiyyət adını Türk Dünyasına qızıl hərflərlə yazdırıb. Onu unutmadıq, unutmayacaq, unutdurmayacağıq. Keçmişini unudanın, sayğı duymayanın gələcəyi də olmaz. Biz fəxr edirik ki, şanlı tariximiz, parlaq gələcəyimiz var. Yeni gəmimiz xeyirli-uğurlu olsun! Bütün Türk dünyasına"./ modern.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar