Sizin Reklam Burada
Xəbər lenti
17-11-2025
16-11-2025
BÜTÜN XƏBƏRLƏR

Yakutiyalı yazıçı Platon Oyunskinin ölkəmizdə kitabı nəşr edildi - FOTO

Tarix: 28-12-2018 22:09     Baxış: 2280 A- / A+
Yakutiyalı yazıçı Platon Oyunskinin ölkəmizdə kitabı nəşr edildi

Saxa (Yakutiya) ədəbiyyatının klassiki Platon Oyunskinin 125 illik yubileyi münasibəti ilə Saxalı qardaşlarımıza Azərbaycandan nəfis hədiyyə hazırlanıb. Platon Oyunski öz dövrünün Hüseyn Cavidi idi. Biri Sibirdə, digəri isə ürəklərini Vətən üçün, türk dünyası üçün məşələ çevirmişdilər.

Manevr.az xəbər verir ki, tərcümə etdiyi əsərə ön söz yazan Aida Eyvazlı qeyd edir: “Platon Oyunskinin əsərləri ilə tanış olduqca, onu yaxından tanıdıqca, gözlərim qarşısında Hüsyen Cavid (Cavidin yaratdığı obrazlar) canlandı. Saxa (Yakut) sovet yazıçısı, ictimai xadim, filoloq və dilçi alim, saxa (yakut) ədəbiyyatı klassikinin həyata, insanlara, Tanrıya münasibətində o qədər eynilikləri gördüm, hərdən mənə elə gəldi ki, türk dünyasının bu iki şəxsiyyəti öz əsərlərini yazmamışdan öncə birlikdə oturub söhbət edib; lakin daha dərindən düşünəndə bir daha əmin oldim ki, Stalin repressiyalarının və qanlı siyasətinin o ağır illərində öz xalqını sevən türk oğulları yalnız Hüseyn Cavid və Platon Oyunski kimi ola bilərdi...”.

Məsafəcə uzaq, könülcə yaxın Yakutiya ilə ədəbiyyat körpüsü yaradan Dünya Türk yazarlar birliyinin sədri Əkbər Qoşalı deyir ki, Palton Oyunskinin azərbaycan dilinə ilk dəfə “Qırmızı Şaman” dastanı və “Ulu Kudansa”, “Bilgə Süleyman”, “Makedoniyalı İsgəndər “ əsərləri oxucular üçün yeni saxa türklərinin yaşam və həyat fəlsəfəsini yenidən açacaq, bu da ulu türk torpaqlarında yaşayan uzaqdakı türkləri bir-birinə daha da yaxınlaşdırır, saxalılar Azərbaycan dili vasitəsi ilə türk dünyasına tanınacaqlar.

Kitabın məsləhətçiləri Saxa (Yakutiya) Respublikasının Millət vəkili, Saxanın Fəxri vətəndaşı Əliş Məmmədov və Saxa Yazıçılar Birliyinin başqanı, Xalq şairi Natalya Xarlampyeva, rəyçiləri isə Millət vəkili, Akademik Nizami Cəfərov və Millət vəkili dr. Cavanşir Feyziyevdir. "Qırmızı Şaman"ın redaktoru gənc yazar Taleh Mansur, korrdinatorları isə Saxalı gənc yazarlar Qavril Gavril Androsovla Rustam Kazhenkindir. Kitab "Zərdabi" Nəşrlər Evində gün üzü görüb. Rusiya Federasiyasından qıraqda, o cümlədən Azərbaycanda (qardaş dildə) bu miqyas və formatda ilk dəfə təqdim olunan "Qırmızı şaman"ın 2019-cu ildə Azərbaycanda və Saxada tanıtım törənləri nəzərdə tutulub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar