Sizin Reklam Burada
Xəbər lenti
25-12-2025
24-12-2025
BÜTÜN XƏBƏRLƏR

MURDARÇA : çox yerdə bilinməyən faydaları

Tarix: 25-12-2018 13:51     Baxış: 46 342 A- / A+
MURDARÇA : çox yerdə bilinməyən faydaları

Murdarça ( Rhamnus frangula)
.
Murdarça orta dağlıq ərazilərdə, çay kənarlarında, dərələrdə, enliyarpqlı meşələrdə bitir.
Bəzən önəmsiz ağaç olaraq düşünülən Murdarçanın çox yerdə bilinməyən faydaları mövcuddur. Yaz aylarında 3 yaşında olan budaqlarının soyulan qabıqları, yay boyunca qurudulur, çayı hazırlanaraq içilir. Ancaq murdarça ağacının qabığının alt hissəsi zəhərlidir. Buna görə bu qabıqlar ağacdan çıxarıldıqdan sonra içəri hissələri yaxşıca təmizlənməlidir.
Soyulmuş qabıqların 1il saxlandıqdan sonra istifadə edilməsi tövsiyə olunur. Mütəxəssislər bu qabıqların təzə halda istifadə olunmamasının vacibliyini, əks halda ciddi zəhərlənmələrə səbəb olacağını bildirirlər. Qədim zamanlarda bu qabıqların yandırılaraq, tüstüsündən istifadə edirlərmiş.
Murdarçanın tüstüsü baş ağrısı, mədə bulantısı, yuxusuzluq probleminə yaxşı təsir edir.

Murdarçanın bir çox faydaları var.

- Anus ətrafına meydana gələn babasilin təbii dərmanıdır.
- Həzmi tənzimləyərək qəbizlik riskini azaldır.
- Çiban və kəsilmiş yaraların mualicəsində təbii dərman vasitəsi kimi istifadə olunur.
- Qaraciyər hüceyrələrinin yenilənməsinə kömək edir, eyni zamanda zərərli toksinlərin xaric edilməsinə səbəb olur.
- Murdarça qabığı sidikqovucu təsir göstərir, böyrəklərdən və sidik yollarından duzları xaric edir.
- Parazitlərin əmələ gəlməsinə mane olaraq bağırsaq sağlamlığını qoruyur. Həmçinin qaz və şişkinliyi aradan qaldırır.
-Spazmalitik təsiri olan bu qabıqlar əzələlərdə meydana gələn spazmı yüngülləşdirir.
- Zəhərlənmələrə qarşı təsirli dərmandır, həmçinin qusdurucu təsirə malikdir.
- Qan dövranını tarazlayaraq, damar tıxanıqlığı və ürək xəstəlikləri riskini azaldır.
- Dalağın problemsiz işləməsini dəstəkləyir, ödün durulaşaraq axmasına kömək edir.


İslam Kazımoğlu,
Orman mühəndisi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar