Sizin Reklam Burada
Xəbər lenti
11-05-2024
10-05-2024
BÜTÜN XƏBƏRLƏR

Mikayıl Müşfiqə aid olduğu iddia olunan qalıqlardan nə xəbər var?

Tarix: 22-12-2018 15:29     Baxış: 3194 A- / A+
Mikayıl Müşfiqə aid olduğu iddia olunan qalıqlardan nə xəbər var?

"Bakının Qaradağ rayonunun Puta qəsəbəsində tapılan meyit qalıqlarının şair Mikayıl Müşfiqə aid olub-olmadığını müəyyənləşdirmək üçün aparılan araşdırmalar davam etdirilir, müxtəlif ekspertizalar keçirilir".

Manevr.az
xəbər verir ki, bunu "report"a mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, bu, bir günə başa çatdırılması mümkün olan proses deyil: "Bu, müxtəlif alimlərin iştirakı və fərqli analizlərin aparılması ilə həyata keçirilməlidir. Müvafiq dövlət orqanları bununla məşğuldurlar. Təsdiq olunanda, ya da olunmayanda bu haqda bizə xəbər veriləcək, onda biz də ictimaiyyəti məlumatlandıracağıq".

Ə.Qarayev qeyd edib ki, tapılan qalıqların şair M.Müşfiqə aid olub-olmadığını müəyyənləşdirmək Mədəniyyət Nazirliyinin səlahiyyəti çərçivəsində deyil: "Bunu alimlər müəyyənləşdirəcək. Əgər orada Mikayıl Müşviqə, ya da hər hansı digər bir ədibə, mədəniyyət, incəsənət xadiminə aid meyit qalıqları varsa sözsüz ki, dövlət, Mədəniyyət Nazirliyi lazımi tədbirlər görəcək. Amma ilk növbədə bu məlumatın həqiqət olduğu təsdiqini tapmalıdır. Təsdiqlənməmiş informasiya əsasında hansısa addım atmaq doğru olmaz".


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar