Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Krımda çıxan “Nenkecan” dərgisinin növbəti sayı Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr olunub - FOTOLAR

Tarix: 19-12-2018 17:59     Baxış: 2237 A- / A+
Krımda çıxan “Nenkecan” dərgisinin növbəti sayı Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr olunub

105 ildən sonra ilk sayı Krımda 2011-ci ilin 3 mart ünündə işıq üzü görən türk dünyasının ədəbi-bədii və elmi məqalələr toplusu olan ilk qadın dərgisi “Nenkejan” bu il Azərbaycanı da unutmadı.

Manevr.az xəbər verir ki, “Nenkecan”ın 2018-ci ildəki son sayı “Azərbaycan Cümhuriyyətinin 100 illiyi”nə həsr olunub. Azərbaycan və Krımın əsrlərə söykənən olan tarixi və əlaqələri vardır. XIX əsrin ikinci yarısında isə hər iki millətin ulu mütəfəkkirləri, nasir və filosofları, türk dünyasının tarixinə öz adlarını qızıl hərflərlə yazan Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov və ismayıl Qaspralının iş, əəməl və fikir birliyi yönündəki əlaqələri 105 il əvvəl adı “Alemi-Nisvan” olan jurnal Şəfiqə Sultan Qaspralı və Azərbaycanın ilk baş naziri Nəsib bəy Yusifbəylinin ideyası ilə işıq üzü görmüşdü. Jurnalın baş redaktoru da elə Şəfiqə xanım Qaspralı idi.

Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında Azərbaycan türkləri ilə eyni sırada krım tatarı Cahangir bəy Kazımbəy, Cəfər bəy Rustambəyov və onların xanımları da var idi. 1924-cü ildə Səməd Ağamalı oğlunun dəvəti ilə Bəkir Çobanzadə və digər krim tatar gəncləri Azərbaycana oxumağa, təhsil almağa gəldilər...

O gənclər necə oldu, başlarına hansı hadisələr gəldi, tarixin hansı tufan və burulğanlarına düşdülər, Bakıda kimlər qaldı... Azərbaycan onlara Vətən oldu. Bütün bunlar, eləcə də bugün Azərbaycanda yaşayan krım tatarlarının sonrakı taleləri, Məmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsizadənin danışdıqları, Milli Məclisin deputatı, millət vəkili Cavanşir Feyziyevin “Krımdan gələn səda: Dildə,fikirdə, əməldə birlik”, jurnalın baş redaktoru Zera Bəkirovanın Məmməd Aslan haqqında xatirələri, eləcə də Azərbaycan elminə bu gün də öz əsərləri ilə işıq tutan alimlərimizin həyat hekayələri yer alıb.

Təsadüfi deyil ki, jurnalın baş redaktoru Zera Bekirova öz məqaləsində qeyd edir : “Xalqımızın Azərbaycan Xalq Cümhuriyyətinə, bu qonaqpərvər xalqa böyük təşəkkür borcumuz var.Lakin Krım tatarları da bu ölkənin qarşısında borclu qalmadılar- elm, sənət, musiqi, kənd təsərrüfatı, iqtisadiyyatında və digər sahələrində fəaliyyət göstərərək, müstəqilliyin yenidən qazanılmasında canlarını əsirgəmədilər”.
Yaxın günlərdə “Nenkecan” jurnalının Azərbaycanın Demokratik Respublikasının 100 illiyinə həsr edilmiş nömrəsinin Bakıda təqdimatı keçiriləcək.

Krımda çıxan “Nenkecan” dərgisinin növbəti sayı Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr olunub
Krımda çıxan “Nenkecan” dərgisinin növbəti sayı Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr olunub

Krımda çıxan “Nenkecan” dərgisinin növbəti sayı Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr olunub
Krımda çıxan “Nenkecan” dərgisinin növbəti sayı Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr olunub

Krımda çıxan “Nenkecan” dərgisinin növbəti sayı Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr olunub
Krımda çıxan “Nenkecan” dərgisinin növbəti sayı Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr olunub

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar