Sizin Reklam Burada
Xəbər lenti
11-05-2024
10-05-2024
BÜTÜN XƏBƏRLƏR

Əmisi sabiq rəisdən pulunu ala bilmir - QALMAQAL

Tarix: 19-12-2018 11:07     Baxış: 3288 A- / A+
Əmisi sabiq rəisdən pulunu ala bilmir - QALMAQAL


Rasim Musayevin əmisi deyir ki, barəsində araşdırma aparılsa da, onu həbs etməyiblər

Bakı Şəhər Prokurorluğundan Korupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilən materiallar əsasında sabiq polis rəisi Rasim Musayevlə bağlı araşdırma aparılır.

Bu haqda bir çox dövlət qurumlarına, redaksiyamıza ünvanladığı şikayətdə Rasim Musayevin əmisi Nadir Musayev məlumat verib. Deyir ki, qardaşı oğlu ondan 20 min dollar alıb və qaytarmır: “Rasim Musayev və yoldaşı Sevda Musayevanın mənə və digər şəxslərə qarşı etdikləri dələduzluq cinayətləri barədə hər yana yazmışam. Əvvəlki şikayətlərimdə Rasim Musayevin, onun yoldaşı Sevda Musayevanın və Azər adlı şəxsin yalnız mənə qarşı törətdiyi cinayət əməlindən - 15 min və 20 min ABŞ dolları pulumu mənimsəməsindən bəhs etmişəm. Mənə vurulan 15 min manat ziyandan 13 600-ü qaytarılsa da, 20 min dollar pulum tam şəkildə qaytarılmır. Bildirməliyəm ki, bu şəxslərin cinayətkar əməllərinin audioyazısı da məndə var”.


Nadir Musayev qardaşı oğlu Rasim Musayev və onun yoldaşı Sevda Musayevanın qanunsuz hərəkətlərini müdafiə edən şəxslər haqda da məlumat verib: “Rasim Musayevin mənə qarşı etdikləri barəsində Ramiz Zeynalovun qəbulunda oldum. Ona şikayət etdim. Ramiz Zeynalov Rasimə mənim pulumu qaytarmasa onu işdən çıxaracağını bildirdi. Sonradan da işdən çıxardı. Rasimin mənə pul atması hərəkətlərindən DİN-də də oldum. Orada Daxili Təhqiqatlar İdarəsinin rəisi, general Sahib Mirzəyevə şikayət etdim. Sonuncu Rasim Musayevi mənim iştirakımla dindirdi. Həmin vaxt Sahib Mirzəyev Rasim Musayevin nə oyunlardan çıxdığını, hətta Şəkidən vəzifədən də hansı hərəkətlərinə görə qovulmasından xəbərdar olduğunu bildirdi. General Rasim Musayevə dedi ki, 1-2 günə pulumu qaytarmasa, ”and olsun general paqonlarıma Rasim Musayevi işdən azad etdirib tutduracaq".

Sabiq polis rəisinin əmisi deyir ki, Rasim Musayev barəsində araşdırma aparılsa da, onu həbs etməyiblər: “Rasim özü mənə deyib ki, çoxlu daşınmaz əmlakı var. O bildirib ki, belə daşınmaz əmlaklardan birini o, Qaradağ rayonunda Dövlət Yol Patrul Xidmətində növbədə olarkən əldə edib. Gecə Qaradağ rayonunda bina tikən bir şəxsin narkotik istifadəçisi və daşıyıçısı olan oğlunun avtomobilini saxlayıb. Maşında narkotik vasitələri aşkar edib. Həmin şəxsin atası tikdiyi binadan mənzil verib və oğlunun cinayət əməlini rəsmiləşdirməyib. Rasim Musayevin ən əhəmiyyətli qanun pozuntusu, ölkəmizə və dövlətçiliyimizə əhəmiyyətli mənfi təsiri isə onun Şəki Şəhər Dövlət Yol Polisinə rəis getməsi və 5 ay keçməmiş həmin vəzifədən azad olunmasıdır. Rasim Musayev Zeynəb Musa qızı Musayevadan, Nəsib Musa oğlu Musayevdən də pul alıb və qaytarmayıb. Zeynəb Musayeva da Binəqədi Rayon Prokurorluğuna şikayət yazıb. Bu adam atası Sadıq Musayevin belə ”Mercedes" markalı avtomobilini satıb və pulunu isə mənimsəyib. Rasim Musayevin yalnız dövlət qulluğunda işləməklə əldə edə bilməyəcəyi digər qiymətli və daşınmaz əmlakları aşağıdakılardır:

- Novxanıda Badamlıq adlanan ərazidə bahalı bağ;

- Qaradağda dəniz kənarında bağ sahəsi;

- Bakı şəhərinin ən bahalı ərazisi olan Badamdarda 5 mərtəbəli evin 3-cü mərtəbəsini tam alıb;

Bildirməliyik ki, mənə qarşı törədilən cinayətdə iştirakçı olan Sevda Musayevanın mənzildə əziyyət çəkməməsi üçün Rasim Musayev 3 qulluqçu işlədir;
Sevda Musayevaya ən bahalı olan və benzin sərfiyyatı da çox olan yekə Cip alıb (007 dövlət nişanı ilə);
Özünə də eyni model, eyni bahalıqda və çox benzin sərfiyyatı olan Cip maşın alıb.
Qeyd olunanlardan başqa Rasimin bildirməsinə görə, Bakı şəhərinin başqa ərazilərində çoxlu daşınmaz əmlakları var".
Nadir Musayev məktubunda hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edərək onu qəbul etmələrini də xahiş edib.musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar