Xəbər lenti
"Oqtay Əsədovun siyasi gündəmdən xəbəri yoxdur" - politoloq Elxan Şahinoğlu
Xəbər verdiyimiz kimi, mühacirətdə yaşayan erməni hüquq müdafiəçiləri Vaan Martirosyan və Vahe Avetyan Bakıya gəliblər və Xocalı soyqırımı abidəsini ziyarət ediblər.
Xatırladaq ki, bir müddət əvvəl V. Avetyan icazəsiz Bakıya gəlmək istəsə də aeroportdan buraxılmamışdı. Həmin günlərdə bu məsələni parlamentin gündəminə gətirən deputat Zahid Oruc Milli Məclisin iclasında bildirmişdi ki, Azərbaycana gəlmək istəyən ermənilərə imkan yaratmaq lazımdır və bundan çəkinmək düzgün deyil. Həmin vaxt parlamentin sədri Oqtay Əsədov Z. Oruca etiraz etmiş və onu gündəmə dəxli olmayan mövzulardan danışmaqda qınamışdı.
Politoloq Elxan Şahinoğlu Facebook səhifəsində bu məsələdən bəhs edən status paylaşmış və spikerin mövqeyini tənqid etmişdir. Manevr.az həmin statusu olduğu kimi təqdim edir
"Millət vəkili Zahid Oruc parlamentin son iclaslarının birində “Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Xocalı soyqırımı abidəsi önündə baş əymək istəyən erməniləri Bakıya dəvət etmək lazımdır” deyəndə həmişəki kimi spiker Oqtay Əsədov onun sözünü kəsməyə, “dəxli olmayan mövzulardan” danışmamağı tələb etmişdi. Məhz elə dəxli imiş. Dəxli olmasaydı, hakimiyyət Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini deyən və Xocalı soyqırımı abidəsi önündə baş əymək istəyən iki ermənini Bakıya dəvət edib onların iştirakı ilə konfrans düzənləməzdi.
Sadəcə, Oqtay Əsədovun siyasi gündəmdən xəbəri yoxdur, “işğal altındakı torpaqlarımızın geri qaytarılması üçün nələr edilməlidir” sualına nə özünün cavabı var, cavabı olanların isə səsini kəsməyə çalışır. Əlbəttə ki, işğal altındakı torpaqları geri qaytarmaq üçün güc önəmli amildir, ancaq bu həm də beyin oyunudur, əlində bəzən balta əvəzinə cərrah bıçağı da olmalıdır ki, düşməndən üstün olasan".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar