Sizin Reklam Burada
Xəbər lenti
16-05-2024
15-05-2024
BÜTÜN XƏBƏRLƏR

Atatürk sərvətini kimə vəsiyyət edib? — Vəsiyyətnamənin əlyazma versiyası

Tarix: 06-12-2018 09:42     Baxış: 4200 A- / A+
Atatürk sərvətini kimə vəsiyyət edib? — Vəsiyyətnamənin əlyazma versiyası

Türkiyə İstiqlaliyyət Müharibəsinin hərbi və siyasi lideri, Türkiyə Respublikasının qurucusu və 1923-cü ildən 1938-ci ilə qədər vəzifə etmiş ilk prezidenti, Türk Ordusu Marşali və daha əvvəlində bir Osmanlı paşasıdır.


Manevr.az
xəbər verir ki, Atatürk 10 noyabr 1938-ci il saat 09:05-də tutulduğu sirroz xəstəliyindən İstanbulda Dolmabaxça sarayında vəfat edib. Cənazəsi 21 noyabr 1938-ci ildə müvəqqəti olaraq Ankara Etnoqrafiya Muzeyində dəfn edilib, mavzoleyi tikildikdən sonra 10 noyabr 1953-cü ildə oraya köçürülüb.

Atatürkün ölümündən sonra isə vəsiyyətnaməsi üzə çıxıb. Vəsiyyətnamənin əlyazma versiyasını oxucularımıza təqdim edirik.

Atatürk 1938-ci ilin 5 sentyabr tarixində bir kağız parçasına qələmi ilə vəsiyyətini yazıb. Mətn aşağıdadır:

Malik olduğum nəğd pul və hissə sənədləri, Çankayadakı daşınan və daşınmaz əmlakımı Cümhuriyyət Xalq Partiyasına aşağıdakı şərtlərlə vəsiyyət edirəm:

1) Malik olduğum bütün pul və hissə sənədləri indiki kimi İş Bankı tərəfindən dəyərləndiriləcək;

2) Hər il əldə edilən gəlirdən yaşadıqları müddət ərzində Makbuləyə ayda 1000, Afətə 800, Sabiha Gökçənə 600, Ülküyə 100, Ruqiyyəyə 100, Nəbiləyə də 100 lirə veriləcək;

3) Sabiha Gökçənə ev ala bilmək üçün əlavə pul veriləcək;

4) Maklubə yaşadığı müddət ərzində Çankayada yaşadığı ev onun olacaq;

5) İsmət İnönünün uşaqlarına ali təhsillərinə davam edə bilmək üçün lazım olan yardım ediləcək;

6) Hər il gəlirdən Türk Tarix və Türk Dil Qurumlarına külli miqdarda, bərabər olmaq şərti ilə pul ödəniləcək./ölkə.az
Atatürk sərvətini kimə vəsiyyət edib? — Vəsiyyətnamənin əlyazma versiyası

Atatürk sərvətini kimə vəsiyyət edib? — Vəsiyyətnamənin əlyazma versiyası




Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar