Xəbər lenti
Putin Poroşenkonun zənglərini NİYƏ AÇMIR? – Özü AÇIQLADI
Rusiya prezidenti Vladimir Putin ukraynalı həmkarı Pyotr Poroşenkonun telefon zənglərinə məhəl qoymamasının səbəbini izah edib.
"RİA-Novosti” agentliyi xəbər verir ki, Rusiya lideri Poroşenkonun seçki kampaniyasında iştirak etməyi arzulamadığını bildirib.
Dövlət başçısının sözlərinə görə, iş onda deyil ki, o, Poroşenkoyla danışmaq istəmir. Rusiya lideri qeyd edib ki, Ukrayna prezidenti təxribatlar yaradır, məsuliyyəti Moskvanın üzərinə qoyur və yaranmış problemləri özü həll etdiyini göstərməyə çalışır.
"Mən bu kombinasiyalarda iştirak etmək istəmirəm və etməyəcəm”, - Putin vurğulayıb.
Xatırladaq ki, noyabrın 25-də Rusiya sərhədçiləri Kerç boğazında silah tətbiq edərək Ukrayna Hərbi-Dəniz Qüvvələrinin üç gəmisini saxlayıb. Nəticədə, 3 Ukrayna hərbçisi yaralanıb. Bundan başqa, 24 Ukrayna hərbçisi saxlanılıb. Ötən gün məhkəmə 24 dənizçidən 15-i barədə həbs qəti-imkan tədbiri seçib.
Pyotr Poroşenko bildirb ki, Rusiya prezidenti Vladimir Putinlə telefon söhbəti etmək istəsə də, mənfi cavab alıb.
"Gecə dərhal Rusiya prezidenti Putinlə danışığı sifariş etdim, biz cavab almadıq. Və mən Almaniya kansleri Merkelə müraciət etməyə məcbur oldum ki, o, Ukrayna döyüşçülərinin və gəmilərin təcili azad edilməsi məqsədi ilə Putinlə danışsın”, - Poroşenko deyib.publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar