Sizin Reklam Burada
Xəbər lenti
13-05-2024
12-05-2024
BÜTÜN XƏBƏRLƏR

Köhnə rəqiblər yenə üz-üzə gəldi – Adil Əliyevdən Aslan İsmayılova kəskin cavab

Tarix: 05-12-2018 19:22     Baxış: 3216 A- / A+
Köhnə rəqiblər yenə üz-üzə gəldi – Adil Əliyevdən Aslan İsmayılova kəskin cavab

"Ən böyük nemətlərimizdən biri ölkəmizdə olan sabitlikdir. Ancaq həm xaricdə, həm də təəssüf ki, daxildə ölkəmizi qarışdırmaq istəyən qüvvələr hələ də var. Belələri nəticə əldə edə bilmirlər və bilməyəcəklər də"


Manevr.az
xəbər verir ki, bu sözləri millət vəkili Adil Əliyev deyib. Onun sözlərinə görə, vətəndaşlarımıza xaos və anarxiya yox, sabitlik və inkişafın davamı lazımdır.

Millət vəkili hüquqşünas Aslan İsmayılovun onun barəsində yaydığı informasiyaların böhtan olduğunu qeyd edib:

"Aslan İsmayılov uzun fasilədən sonra yenə mənim ünvanıma böhtan atıb. Ümumiyyətlə, bir azdan bu şəxsin böhtan atmadığı, şərləməyə çalışmadığı həmvətənimiz qalmayacaq. 1 saatlıq açıqlamada ən azı 30-40 nəfərin adını çəkib və hamısının ünvanına ağlına gələni danışıb. Yəni bu açıqlamada onun böhtanları ilə bağlı ən azı 3-4 məhkəmə işi açmaq olar. Bu adam hüquq təhsilini necə alıb, məhkəmədə necə vəkillik edib, adam məəttəl qalır. Hüququn "a” hərfi ondan başlayır ki, sübutun, faktın yoxdursa, başqasına qarşı ittiham irəli sürməzlər, əks halda səni böhtançı, yalançı, şərçi adlandırırlar. Ona görə elə adı üstündədir.

Məsələn, açıqlamasında deyir ki, guya məktəb direktoru ilə idmançı arasındakı qovğada (175 saylı məktəbin direktoru Tural Mirzəliyevlə tanınmış aktyor Rza Rzayev nəzərdə tutulur – red.) mən ikincini dəstəkləyirəm və həmin idmançı guya mənim təlimatımla hərəkət edir. Yəni bu "hüquqşünasın” məntiqi belədir ki, ölkədə bütün idmançılara və onların cəmiyyətdə özlərini necə aparmalarına mən cavabdehəm. Bəli, həmin idmançını tanıyıram, görüşəndə salamlaşırıq, birgə şəkillərimiz də var. Mən millət vəkiliyəm, minlərlə insanla şəkil çəkdirib, salamlaşıram. Ancaq bu salamlaşma mənim həmin adamların nə etdiklərinə və nə edəcəklərinə məsuliyyət daşıma anlamına gəlmir. Bunu hüququ biliyi olmayan azyaşı uşaq da anlayar, bircə üzdəniraq məlum hüquqşünasdan başqa. Məktəb direktoru ilə idmançı arasındakı olay barədə mətbuatdan oxumuşam, kimin haqlı, kimin haqsız olduğun da bilmirəm”.

A.Əliyev Aslan İsmayılovun vaxtilə parlament seçkilərində məğlub olduğunu xatırladaraq, mübahisənin mənasız olduğunu söyləyib:

"Ay "hüquqşünas”, parlament seçkisi arxada qalıb. Sən mənə 3 dəfə məğlub olmusan, bunu bizim dairədə və ölkədə bilməyən yoxdur. Sən isə məktəb direktoru ilə idmançı arasındakı qovğanı da gətirib ikimizin arasındakı seçki yarışına dürtürsən. Bir gün 11 sentyabrı - terrorçuların ABŞ-a hücumunu da mənimlə əlaqələndirib seçki yarışında məğlubuiyyətinə dürtməyə çalışsan, bundan təəccüblənmərəm. Çünki sənin təbiətin belədir. İnsanları şərləməyin azmış kimi, bölücülüklə məşğul olmağa başlamısan. Həmin videomüraciətində insanlara əməllərinə görə deyil, hansı regiona bağlı olduqlarına görə qiymət verirsən. Bu da hüququn və insanlığın ən aşağı nöqtəsidir. Biz azərbaycanlıyıq və hər kəs əməlinə, dediyi sözə görə cavab verir və verməlidir. Həmin idmançı və ya məktəb direktoru da həmçinin.

Sənə baş qoşmaq istəmirəm, bilirəm ki, tanınmış insanları şərləməkdə, böhtan atmaqda məqsədin var. İstəyirsən cavab reaksiyası alasan və bununla polemikanı genişləndirməklə gündəmdəki "ağırlığını” qoruyasan. Mənim daha vacib işlərim var, ancaq mənə aid böhtanlarını da cavabsız qoymaq fikrində deyiləm. Səhv etmirəmsə, kiməsə böhtan atdığına görə bu yaxınlarda məhkəmə səni islah işlərinə məhkum edib. Ancaq səni heç nə islah edə bilmir. Bu dövlət, bu millət səndən xeyir görən deyil. Bir cəzadan qurtulmadan, bir başqasına iddia edirsən. Görünür, sənin həyat kredon budur”.

Qeyd edək ki, hüquqşünas Aslan İsmayılov bundan əvvəl Adil Əliyevin ona hədə-qorxu gəldiyini və onun 175 saylı orta məktəbin direktoru Tural Mirzəliyevlə mübahisəsinə görə gündəmə gələn aktyor Rza Rzayevi dəstəklədiyini iddia edib./bakupost



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar