Xəbər lenti
“Onların əksəriyyəti kürd adı altında gizlənmiş ermənilərdir”
“Bu yüz ildir davam edən planın gerçəkləşdirilməsi-Türkiyənin bölünməsi planıdır. Osmanlını böldülər, Osmanlı dönəmində hüzur və rifah içində yaşayan xalqları, onların ölkələrinin sərvətlərini sömürdülər. İndi növbəti mərhələyə qədəm qoyublar. Türk torpaqları olan Mosul, Kərkük ve Hələb üzərində müharibə gedir”.
Bu sözləri Moderator.az-a politoloq Aqil Səmədbəyli son günlər Türkiyədə və Türkiyə ətrafında baş verən prosesləri şərh edərkən bildirib.
Aqil Səmədbəyli deyib ki, bu bölgə enerji ilə zəngin bir bölgədir və dava da ilkin olaraq bunun davasıdır: “Bundan başqa bu bölgə strateji cəhətdən çox önəmlidir. Türkiyə də bir dövlət olaraq öz mənafeyini müdafiə etmək məcburiyətindədir. İndi Türkiyə içəridə və dışarıda kiçik çaplı müharibənin içindədir. Türkiyə içindəki xainlərdən, Türkiyəni bölmək istəyən güclərin içəridəki uzantılarından təmizləmə sürəcindədir. Bu sürəcdə hər kim olur-olsun, cəzasını çəkməlidir. İndi xaricdə ona görə narahat olublar, ona görə haray-həşir salıblar ki, onların Türkiyənin içindəki gücləri zəifləyir, sıradan çıxır. Terrora dəstək verən hər kim olur-olsun Vətən xainidir. Vətən xainlərini zərərsizləşdirmək hər dövlətin başlıca vəzifəsidir. Həbs olunanlar millət vəkili olduğu üçün deyil, terrora açıq dəstək verdikləri üçün həbs olunublar. Gec də olsa çox düzgün qərardır. Onların bu günə qədər azadlıqda gəzməsi təəccüblüydü. Bu mənada Türkiyə dünyanın ən demokrat ölkəsidir. Siz təsəvvür edirsinizmi ki, ABŞ-da, İngiltərədə, Fransada, Rusiyada və ya İranda bir partiyanın rəsmi təmsilçiləri, millət vəkilləri təmsil etdikləri ölkənin bölünməsinə çalışan, insanları qətlə yetirən bir terror təşkilatına dəstək verəcək və fəaliyətinə davam edəcək!!! Sizcə bu mümkündürmü?! Bu insanları həmin gün Vətənə xəyanət ittihamı ilə ən ağır cəzaya məhkum edərlər”.
Aqil Səmədbəyli hesab edir ki, bütün bunları nəzərə alaraq Türkiyədə davam etməkdə olan antiterror sürəcinə tam dəstək vermək lazımdır: “Demokratiya sevənlər anlamalıdırlar ki, dövlətin olmadığı yerde demokratiya da olmur. Ona görə də öncə dövlətin güvənliyi təminat altına alınmalıdır! Bir şeyi unutmayın-HDP-nin rəhbərliyində olanların əksəriyyəti kürd adı altında gizlənmiş ermənilərdir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar