Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

”Elə tapdığım yerdə itirdim səni “ - Nigar ARİF (şeirlər)

Tarix: 05-12-2018 12:40     Baxış: 21 163 A- / A+
”Elə tapdığım yerdə itirdim səni “ - Nigar ARİF


Manevr.az gənc şair Nigar Arifin şeirlərini təqdim edir:

Qanadlar köçmək üçündür...


Bəlkə də olduğu yerlərdən yığılıb,
Ora-bura atılan ağ-qara
daşlar kimiyik...
Ayağının altındakı
ağ-qara daşlar kimi...
Bəlkə də azadlığa can atıb
Gündən-günə çırpınan
Xəbərsiz quşlar kimiyik,
Xəbərsiz quşlar kimi...
Dünya adlı qəfəsdə
Hər dəfə özümüzə qayıdırıq
aldığımız nəfəsdə.
Gördüyümüz hər yalanı
Nə udmağı bacarırıq,
nə də ki unutmağı.
Yumruq boyda dənlər olub
Keçmir boğazımızdan,
qalır dimdiyimizdə.
Yekə bir ağrı kimi
Bardaş qurub oturur
həyat kürəyimizdə,
yaşam ürəyimizdə.
Uça bilmirik...
Nə qədər istəsək də,
Bu qapı-pəncərədən
Qaça bilmirik...
Ağlama, mənim balam, ağlama.
Əlindəki o qanadı qırılmış
quş üçün də ağlama.
Birgün ölüm özü çəkəcək
gözümüzdən pərdəni.
Yatanlar oyanacaq,
Oyananlar uçmağı öyrənəndə,
Quşlar pıçıldayacaq:
"Qanadlar bu dünyadan köçmək üçündür"...


Gözlərini yum

Gözlərini yum, balaca...
Sənin boyda olanları görmək üçün,
Qoy baxışlar öz içinə tökülsün.
Baxma nəhəng rəsmlərə,
Qarışqanı fil göstərən,
Div dediyin kölgələrə Qorxma...
kölgələrin kölgəsi olmur,balaca,
Gözlərini yum, gözlərini yum...


Sən elə şeirsən

Sən elə şeirsən...
mən səni yazsam,
İlham pərilərim sözümə baxmaz,
İnciyər şeirlər üzümə baxmaz...
Sən elə şeirsən...
mən səni yazsam,
Lal olar ən böyük natiqin dili,
Misralar kitabdan kitaba sığmaz...
Sən elə şeirsən...
ən gözəl şeir,
Məncə heç yazılmaz, yazıla bilməz!
Kor edər qələmi,
Qələm gözündə,
Quruyar mürəkkəb,
bir daha axmaz!...


Itirdim

Elə tapdığım yerdə itirdim səni...
Elə bu dəqiqə, elə bu saat.
Elə bu ürəyin cığırlarında,
Elə bu ürəyin köhnə, çat verən,
Üstünə sən çökmüş divarlarında...
Elə tapdığım yerdə itirdim səni.
Büküb əllərini, susur.., nə desin?
Çağırıb nə desin, kimə desin ki?!
Çırpır öz dizinə yumruqlarını,
Baxsan elə gözəl gülümsəyir ki...
Elə tapdığım yerdə itirdim səni.
Itirdim...
ağırdı... Bilməzsən necə ağırdı,
Daş kimi sandığın bu qəlb sinəmdə,
Əslində hər dəfə dolub bulud tək,
Səssizcə, sakitcə yagiş yağardı.
Yagış yağırdı...
Elə tapdığım yərdə itirdim səni,
İtirdim səni...


Cızma-qara

(M.Müşviqə həsr edirəm)


Qələmini əyən əydi,
Sözlər dönüb sənə dəydi.
Sağın,solun bir tələydi,
Keçdin elə,düşdün tora.

Cavan ömrünə qıydılar,
Şair gözünü oydular.
Kitabını kor qoydular,
Şeirini,üzü qara.

Bu nə qismət,bu nə bəxtdi,
Bu nə tale,bu nə dərddi.
Beləcə yırtılıb getdi,
Alnındakı cızma-qara.

Nigar Arif

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar