Xəbər lenti
26 yaşlı gəlin ərini öldürdü - Bakıda dəhşətli qətl-Video

Bakının Sabunçu rayonu ərazisində 26 yaşlı qadının həyat yoldaşını bıçaqlayaraq öldürməsi faktı ilə bağlı cinayət işi açılıb.
Bakıda ağır cinayət olub. Qadın özündən 6 yaş böyük həyat yoldaşını bıçaqlayaraq qətlə yetirib. Hadisədən sonra gənc qadın saxlanılaraq istintaqa cəlb edilib. Amma mərhumun qohumları iddia edirlər ki, qadın ərini tək öldürməyib.
Qadın həyat yoldaşını bıçaqlayaraq qətlə yetirib.
Hadisə Sabunçu rayonu Maştağa qəsəbəsində baş verib. 26 yaşlı Gülər Mirzəyeva həyat yoldaşı, 32 yaşlı Şəmsi Babayevlə yaşadıqları evdə mübahisə edib. Əsəblərinə hakim ola bilməyən qadın bıçaqla həyat yoldaşına bir neçə zərbə vurub. Ağır xəsarət alan Şəmsi Babayev elə hadisə yerindəcə ölüb.
Qohumların sözlərinə görə cütlük bir neçə il əvvəl ailə qurub. Gülər 2 il əvvəl ana olub. Ərlə arvad tez-tez ailədaxili məsələlər üstündə mübahisələr ediblər. Ümumiyyətlə qohumları onların xasiyyətlərinin bir-birinə uyğunlaşmadığını, bir-birlərindən narazı olduqlarını bildiriblər. Mərhumun qohumları iddia edirlər ki, Gülər Şəmsi Babayevi qohumları ilə birlikdə öldürüb.
Hadisə ilə əlaqədar Sabunçu polisi Gülər Mirzəyevanı şübhəli şəxs qismində saxlayıb. O, ilkin ifadəsində həyat yoldaşını öldürdüyünü etraf edib. Faktla bağlı qəsdən sağlamlığa ağır xəsarət yetirmə (ölümə səbəb olduqda) maddəsi ilə cinayət iş başlanılıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar