Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

"...Aynamda şəkil çəkdirib yarpaqları köç etmiş tut ağacı" - Elməddin NİCAT -(şeirlər)

Tarix: 02-12-2018 15:16     Baxış: 1536 A- / A+
"...Aynamda şəkil çəkdirib yarpaqları köç etmiş tut ağacı" - Elməddin NİCAT


Manevr.az gənc şair Elməddin Nicatın şeirlərini təqdim edir:

***
Özünü buluddan atıb,
düşdü pəncərəmə bu günkü yağış.
Əllərim üzümə qısıldı...
...Yudu arxanca yol çəkən gözlərimin izini.
Bu qədər yaxından görməmişdim payızı,
necə də sənə oxşayır,
ey könlümün yaşılgözlü,
sarısaçlı qızı...

...Darıxdı otağımda adın boyda sükunət,
sıxıldı içim,
elə bil başıma daraldı məmləkət.
...Aynamda şəkil çəkdirib
yarpaqları köç etmiş tut ağacı.
Əl şəkilli çinar yarpağı
qucaqlayıb torpağı,
sızıldayır acı-acı...

...Ətrin burnuma gəldi
çölə şıdırğı yağan yağışla.
İçimdə yelləncək qurub qısqanclığım,
çətrini unutma evdə,
mən ki, qaldım payızda.
...bağışla,
məni, bağışla !


***
Bir gün əlimin sığalıyçün
Saçlarının darıxmağı baş qaldırsa
Başını köksümə söykə
Barmaqlarını dodağıma...

Bir gün dilinin ucunda adım göynəsə
Ürəyin köksündə atlı kimi çapsa.
Gözünə görünsə ulduzlar birtəhər,
Göy nəsə
Özünü mənə yetir
Əgər darıxmaqdan macal tapsan...

Əlindən bərk yapış ürəyinin
Gözümün içindən yapışdığın kimi...
Qoru alnındakı öpüş yerimi.
Qəfil ömrümə gəldiyin kimi.

Bir gün sübh azanından axşam günbatanına,
Dilinin ucunda adım darıxsa,
bir misram ayə əvəzinə dodağında səyrisə
Kəssə amanını "bəlkə"... "Nə isə"...
Tanrı duası bil sənə yazdığım şeirləri...


Elməddin Nicat

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar