Xəbər lenti
“Tramp seçilsə, o, ABŞ-ın son prezidenti olacaq” - Qubad İbadoğlu

"Əgər Donald Tramp seçilsə, o, ABŞ-ın son prezidenti olacaq".
Manevr.az-ın Strateq.az-a istinadən məlumatına görə, bunu Azərbaycan Demokratik Rifah Hərakatının sədri Qubad İbadoğlu deyib.
O, daha sonra bildirib ki, sabah ABŞ vaxtı ilə ölkədə prezident seçkiləri start götürür. Bu marafonda çıxış edən Hillari Klinton və Donald Trampın uzun dövrdən başlayan kampaniyası bu gün başa çatır:
"Tezliklə məlum olacaq ki, ABŞ növbəti 4 ildə kim və necə idarə edəcək. Bu ərəfədə hafizəmə həkk olunmuş bir maraqlı söhbəti sizinlə bölüşmək istərdim.
ABŞ-da yaşadığım dövrdə Duke Universitetinin professorlarından biri neçəsi ilə o zaman diqqətdə olan ilkin seçkilərə partiyalardan iddialı olan prezidentliyə namizədləri müzakirə edərdik.
Onlardan biri belə bir dəyərləndirmə danışmışdı, əgər Marko Rubio seçilsə, o, ABŞ-ın ilk ispan mənşəli prezidenti olacaq, əgər Ted Kruz seçilsə, o, ABŞ-ın ilk kanadalı prezidenti olacaq, əgər Bernie Sanders seçilsə, o ABŞ-ın ilk yəhudi mənşəli prezidenti olacaq, əgər Hillari Klinton seçilsə, o, ABŞ-ın ilk xanım prezidenti olacaq, əgər Donald Tramp seçilsə, o, ABŞ-ın son prezidenti olacaq".
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar