Sizin Reklam Burada
Xəbər lenti
21-08-2026
20-08-2026
BÜTÜN XƏBƏRLƏR

"Vicdan haqqı"nın kollektivini oğlumun toyuna çağırmadım, çünki..." - Kəmalə Müzəffər

Tarix: 27-11-2018 06:31     Baxış: 3678 A- / A+
"Vicdan haqqı"nın kollektivini oğlumun toyuna çağırmadım, çünki..." - Kəmalə Müzəffər

Əməkdar artist Kəmalə Müzəffər oğlunun toyundan sonra qınaq hədəfinə çevrilib.


Manevr.az
milli.az-a istinadən xəbər verir ki, buna səbəb aktrisanın oğlunun toyuna "Vicdan haqqı" serialının kollektivini çağırmaması olub.

Sənətçi sosial şəbəkələrdə birmənalı qarşılanmayan bu hərəkəti haqda açıqlama verib. O, əsl səbəbi belə izah edib:

"Ümumiyyətlə çox böyük toyları sevmirəm. Hər bir qonağıma diqqət yetirmək arzusundaydım. Böyük toylarda bilirsiniz ki, bu mümkün olmur. Əvvəlcədən fikirləşmişdim ki, qonaqların sayı 300-ü keçməsin, belə də oldu. Çox çalışırdım ki, hər bir qonağa az da olsa diqqət yetirim. Toya əsasən Gənc Tamaşaçılar Teatrının kollektivini dəvət etmişdim, çünki bu mənim 22 yaşımdan birlikdə çalışdığım kollektivimdir. Ən çox aktyor, aktrisalar ordan dəvət almışdı, bir də "Ögey ana" serialını bütün heyəti ilə dəvət etmişdim. Bəli, "Vicdan haqqı" serialından demək olar ki, heç kəsi çağırmamışdım. Təkcə toyun aparıcısı və müğənnisi Sonaxanım Əliyeva və serialda qrimyor kimi çalışan, hal-hazırda rəfiqəm olan Sevinc xanımdan başqa. "Vicdan haqqı" serialında tərəf müqabilimi oynayan aktyor Elxan Yunis dəvətli idi. Siz bilirsiniz ki, o, Gəncə Dövlət Dram Teatrında çalışır. Tamaşası olduğu üçün gələ bilmədi və mənə zəng edib üzrxahlıq etdi. Ona qalsa hal-hazırda çəkildiyim "Təhminə və Zaur" serialından da heç kimi toya dəvət etməmişdim. Bilmirəm ki, sosial şəbəkələrdə niyə bu birmənalı qarşılanmır. Hamı bilsin ki, bu, sadəcə kiminləsə münasibətimin pis olması demək deyil".



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar