Xəbər lenti
Ermənistanda anti-Rusiya meyli güclənir - VİDEO
Ermənistanın siyasi səhnəsində baş qaldıran anti-Rusiya meyilləri genişlənir. Moskva isə hesab edir ki, bu planlı şəkildə hakimiyyət tərəfindən həyta keçirilir.
Ermənistanda 9 dekabrda keçiriləcək parlament seçkilərində Daşnaksutyun, Çiçəklənən Ermənistan, Yelk kimi partiyalarla yanaşı qərbpərəst radikal qüvvə- Qarabağ müharibəsi veteranlarının "Sasna Tsrer cəsurları" da iştirak edir. Bu siyasi qüvvə birmənalı olaraq Rusiya əleyhinə mövqeyi ilə seçilir. Partiya sədri Jırayr Selifyan Ermənistanın üzləşdiyi bütün problerdə məhz Rusiyanı günahlandırır. Rossaprimavera.ru saytında yer alan məqalədə bildirilir ki, bu partiya hakimiyyətə gəlməsi Rusiya ilə əlaqələrin tamamı ilə kəsilməsi ilə nəticələnəcək.
Elə Paşinyanın rəhbərlik etdiyi 'Yelk'- yəni Çıxış partiyasının da Rusiyaya münasibəti mənfidir. Paşinyan baş nazir postundakı çıxışlarında ziddiyyətli açıqlamaları ilə hər nə qədər Moskvanın xoşuna gəlməyə çalışsa da , bu Kreml tərəfindən inandıcı görünmür. Rusiyanın polit navigator saytının məlumatına görə, 'Çıxış' partiyasının platformasında anti-Rusiya meyilləri aydın görünür.
Ermənistandakı anti-Rusiya ab-havası KTMT-nin Astanada keçirilən sammitindən sonra daha aydın hiss edilməkdədir. Armenianreport.com yazır ki, Ermənistan Prezidentinin müşaviri Tevan Pogosyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərini şantaj etməyə başlayıb. Paşinyanın müşaviri, ölkəsinin bu təşkilatdan çıxa biləcəyini deyib.
Ermənistanda parlament səviyyəsində anti-Rusiya mövqeyi müşahidə edilir. Parlamentin İstintaq Komissiyası "Qazpromun Ermənistan monopoliyasını pozmaq üçün təkliflər hazırlayır.
Yəni, Qazprom açıq şəkildə Ermənistanı aldatmaqda və inhisarçı mövqeyindən istifadə etməklə öz şərtlərini diqtə etməkdə ittiham edilir. Bir vaxtlar özünü qafqazda Rusiyanın əsas müttəfiqi hesab edən Ermənistanda indi anti-Rusiya abu havası hökm sürməkdədir. Hətta bir çox siyasi dairələr Ermənistanla Rusiya arasındakı münasibətlərin müttəfiqlik yox müstəmləkəçilik olduğunu ifadə edirlər. Ermənistandakı anti-Rusiya ovqatı kənardan nökərin öz ağasının üzünə ağ olması kimi görünsə də, Rusiya tərəfindən nankorluq kimi qiymətləndirilir. Bu isə İrəvana yaxşı heç nə vəd etmir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar