Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

BDU-da yoxlamalar başlayıb - Abel Məhərrəmovla bağlı müəmma

Tarix: 19-11-2018 19:09     Baxış: 4327 A- / A+
BDU-da yoxlamalar başlayıb - Abel Məhərrəmovla bağlı müəmma


Prezident Administrasiyasına dəvət edilən QMİ sədrini məlum qalmaqalla bağlı dinləyiblər; sabiq rektorun YAP İdarə Heyətinin və Siyasi Şuranın üzvlüyündə qalıb-qalmayacağı hələ də bilinmir...
Noyabrın 15-də ölkə başçısı İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad olunan Abel Məhərrəmovun fəaliyyəti yoxlanılır. Məlumata görə, iki gün əvvəl eyni vaxtda hüquq-mühafizə orqanları da daxil olmaqla, bir neçə qurum BDU-da yoxlamalara başlayıb. Mənbə bildirib ki, A.Məhərrəmovdan dərhal sonra prorektorların da işdən uzaqalaşdırılmasına səbəb bu yoxlamalardır.

O da məlum olub ki, A.Məhərrəmovun “İspaniyadakı macəraları” haqda 15 noyabrda günün birinci yarısında Prezident Administrasiyasına dəvət edilən Qafqaz Müsəlmanları İdarəsinin sədrini dinləyiblər. Bu görüşdən dərhal sonra da A.Məhərrəmovla bağlı məlum sərəncam elan olunub. A.Məhərrəmovun içkinin təsiri altında həddini aşması, “universiteti ayağa qaldırmaq” təhdidi və gec saatlarına baxmayaraq, hörmətli Şeyxi narahat etməsi rektorun sonunu gətirib. Mənbə deyib ki, A.Məhərrəmovla məclis qurduğu deyilən adını çəkmək istəmədiyimiz bir deputat da PA-da rəhbərlik səviyyəsində ciddi danlanıb.

BDU-da yoxlamalar başlayıb - Abel Məhərrəmovla bağlı müəmma


Adı çaxır biznesində hallanan A.Məhərrəmovun İspaniyadakı səfir oğlunun taleyinə gəlincə, Azərbaycan Xarici İşlər Nazirliyi məlum qalmaqalla bağlı hələ mövqe bildirməyib. Amma səfir Anar Məhərrəmovdan da baş verənlərlə bağlı yazılı izahat alınıb. Gözlənilir ki, yaxın günlərdə onun da diplomatik fəaliyyətinə son veriləcək. A.Məhərrəmova bundan sonra XİN-də “xırda iş” veriləcəyi barədə də iddialar var. Yeri gəlmişkən, sabiq rektorun yaxın ailə üzvləri də yüksək postlarda çalışır, yüksək məmur təbəqəsində təmsil olunurlar. Abel Məhərrəmovun qardaşlarından biri Adil Məhərrəmov Hesablama Palatası sədrinin müavini vəzifəsində çalışır. Digər qardaşı Rauf Məhərrəmov 2005-ci ildən Ədliyyə Nazirliyinin Kadrlar idarəsinin rəisidir.

BDU-da yoxlamalar başlayıb - Abel Məhərrəmovla bağlı müəmma


Bu arada Abel Məhərrəmovun ünvanına YAP-ın Xətai rayon təşkilatının sədri, deputat Hüseynbala Mirələmovun çox sərt ifadələr işlətməsinə hakim partiyanın Siyasi Şura üzvü olan keçmiş deputat, Naftalan Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Musa Musayevdən gözlənilməz reaksiya gəlib. YAP-ın təşkilat sədri sabiq rektoru əxlaqsızlıqda suçlayıb: “Birinci ona sual olunur ki, axı sən bu qədər çaxırı hara aparırsan? Əgər biz deyilənlərə inansaq və Abel Məhərrəmov həmin çaxırları İspaniyada qablaşdırıb Azərbaycan insanlarına ”ispan çaxırı" adı ilə sırıyıbsa, bunun bircə adı var, o da əxlaqsızlıqdır! Axı sən kimsən ki... bizim dini rəhbərimiz olan və milli adət-ənənələrimizi özündə ehtiva edən hörmətli Şeyximiz Allahşükür Paşazadəyə qarşı sərxoş vəziyyətdə söz atmaq, onun əsəbləri ilə oynamaq və onu dolamaq ən böyük əxlaqsızlıqdır. Bunun ayrı adı yoxdur", deyə o saytlardan birinə deyib.

YAP Siyasi Şurasının üzvü isə gununsesi.org-a açıqlamasında bu barədə danışıb: “Abel Məhərrəmovun rektor vəzifəsindən azad edilməsindən sonra ona qarşı aparılan bu ”qara piar" məndə təəssüf doğurdu. Axı bizim insanlar niyə vəzifədə olana yaltaqlanır, gedənə isə “balta çalır? Biz bu adətimizi tərgitməliyik”, deyə o bildirib.
M.Musayev bunları əlavə edib: “Birincisi, Abel müəllim 19 il rektor olub. Bu, o deməkdir ki, 19 il bu işdə etimad qazanıb. Digər tərəfdən, O, YAP İdarə Heyətinin və Siyasi Şuranın üzvüdür. Partiyanın Xətai şöbəsinin sədri Hüseynbala Mirələmov onun haqqında etikadankənar sözlər danışıb. Mən bunu öz partiyadaşına qarşı səhv hərəkət sayıram. Bu gün ölkəmizdə pis ənənə yaranıb. Vəzifədə olana yaltaqlanmaq, tərif demək, gedənin isə dalınca danışmaq ənənəsi var. Hətta görün iş nə yerə çatıb ki, hansısa şou əhlinin manısı belə akademik haqqında danışır”.

Qeyd edək ki, A.Məhərrəmovun YAP İdarə Heyətinin və Siyasi Şuranın üzvlüyündə qalıb-qalmayacağı da hələ bilinmir.musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar