Sizin Reklam Burada
Xəbər lenti
14-10-2025
13-10-2025
BÜTÜN XƏBƏRLƏR

"Şah İsmayıl Xətainin qanında xristian qanı axırdı" — BDU-nun professorundan QALMAQALLI AÇIQLAMA

Tarix: 19-11-2018 18:22     Baxış: 3527 A- / A+
"Şah İsmayıl Xətainin qanında xristian qanı axırdı" — BDU-nun professorundan QALMAQALLI AÇIQLAMA

"Şah İsmayıl Xətai təmiz müsəlman deyildi, onun qanında xristian qanı axırdı. Şah İsmayıl Xətai əslən yunan olan IV İohannın qızı Dəspinə xatunun nəvəsi idi".


Manevr.az
xəbər verir ki, bu fikirləri ölkə.az-a açıqlamasında azərbaycançılıqla bağlı bir neçə kitabın müəllifi, filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Nizaməddin Şəmsizadə bildirib.
Professor deyib ki, Şah İsmayıl Xətaini ermənilərlə bağlayanlar səhv edirlər:
"Bəzən kimlərsə mənə çamur yaxmaq üçün deyirlər ki, guya mən Xətaini ermənilərlə bağlayıram və sairə. Xeyr, bu əsla belə deyil. Şah İsmayılın ermənilərlə heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq, Xətainin bir tərəfi xristian, avropalı idi".
Nizaməddin Şəmsizadə Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətaini intiqamçılıqda da ittiham edib:
"Şah İsmayılda intiqamçılıq var idi. Misal üçün, Şah İsmayıl atasına öldürdüyünə görə Şirvanda bir gündə 40 ailənin başını kəsmişdi. Belə məqamlar da olub. Gərək biz hər məsələyə realist baxmalıyıq. Təkcə Şah İsmayılın yox, bir çox görkəmli şəxslərin səhvləri olub".
Professor qeyd edib ki, Şah İsmayıl Xətai İslamda təriqəti dövlət ideologiyasına çevirib:
"Şah İsmayıl Xətai hakimiyyəti dövründə bir sıra böyük səhvlərə yol verib. Bunlardan biri təriqəti dövlət ideologiyasına çevirmək və şiəliyi şişirtmək olub. Tarixdə Şah İsmayıl və Xomeyni dindən ideologiya üçün istifadə edib. Bu da səhv idi. Azərbaycan sonradan bunun böyük fəsadlarını yaşadı".


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar