Xəbər lenti
Aqil Məmmədov Sumqayıtda Kəlbəcərdən olan məcburi köçkünlərlə görüşüb - FOTOLAR
Kəlbəcərli məcburi köçkünlərlə növbəti görüş-səyyar qəbul keçirilib.
Manevr.az xəbər verir ki, vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Kəlbəcər Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Məmmədovun Sumqayıt şəhərində məskunlaşmış bir qrup kəlbəcərli məcburi köçkünlərlə görüşü-səyyar qəbulu keçirilib.
Görüşdə çıxış edən Kəlbəcər Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə görülən işlərdən, nailiyyətlərdən ətraflı söhbət açaraq, dövlət başçısının diqqət və qayğısı ilə ölkənin bütün sahələrində ciddi inkişafa nail olunduğunu bildirib. Rayon rəhbəri çıxışında, xüsusilə onu da vurğuladı ki, hər bir məcburi köçkünün mənzil-məişət şəraitinin, sosial rifah halının yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi, habelə, gündəlik qayğıları daim ölkə başçısı cənab ilham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzindədir. Daha sonra məcburi köçkünlərin müraciətləri dinlənildi. Həmin müraciətlərə baxılması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verilərək icrası nəzarətə götürüldü. Qeyd edək ki, vətəndaşların müraciətləri daha çox mənzil problemi ilə bağlı idi. Qəbulda Kəlbəcər Rayonu İcra Hakimiyyəti başçısı aparatının, müvafiq inzibati ərazi dairələri üzrə nümayəndəliklərin işçiləri iştirak edib. Səyyar qəbulda iştirak edən rayon sakinləri təşkil edilmiş görüşə və onların müraciətlərinə həssaslıqla yanaşdığına görə Kəlbəcər Rayonu İcra Hakimiyyəti başçısı Aqil Məmmədova öz minnətdarlıqlarını bildirdilər.
Sevinc QƏRİB,
Manevr.az
(Fotolar Natiqindi)
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar