Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Prezident deputatı yüksək vəzifəyə təyin etdi

Tarix: 15-11-2018 14:48     Baxış: 3369 A- / A+
Prezident deputatı yüksək vəzifəyə təyin etdi


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə yeni vəzifəyə təyin olunub.

Manevr.az modern.az-a istinadən xəbər verir ki, Mahir Abbaszadə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsinə gətirilib.
Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, Fondun direktoru Sabir Əhmədov idi. S.Əhmədov Prezidentin sərəncamı ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini vəzifəsinə aparılıb.

Mahir Abbaszadə 27 oktyabr 1975-ci ildə Laçın rayonunun Güləbird kəndində anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetini bitirib.

1997-ci ildə Güzdək Tikinti materialları Kombinatında kadrlar şöbəsinin rəisi, 2001-2003-cü illərdə Azərbaycan Beynəlxalq Bankının Sumqayıt filalında xidmət bölməsi üzrə mütəxəssis, 2003-2004-cü illərdə “Zaminbank” ASC-nin “Gənclik” filalında mühasib, xəzinə müdiri, 2004-cü ildən isə həmin filalın müdiri işləyib.

Mahir Abbaszadə Yeni Azərbaycan Partiyasının üzvüdür. 1 noyabr 2015-ci ildə 121 saylı Laçın seçki dairəsindən beşinci çağırış üzrə Milli Məclisin deputatı seçilib.

M.Abbaszadə iqtisadçıdır, iqtisadiyyat üzrə elmlər namizədidir.

Ailəlidir. İngilis, rus, türk dillərini bilir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar