Xəbər lenti 
					
 
		Cahangir Hacıyevin xanımının axtarışı niyə dayandırıldı?

Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin arvadının beynəlxalq axtarışa verilməsinə dair məhkəmə qərarı icra olunmamış qalıb.
Beynəlxalq polis təşkilatı İnterpol Hacıyeva Zamirə adlı şübhəlinin axtarışı ilə məşğul deyil və onun adı təşkilatın axtarılanlar siyahısında yoxdur.
Xəbər verildiyi kimi Zamirə Hacıyevanın barəsində həbs qətimkan tədbirinin seçilməsi və onun beynəlxalq axtarışa verilməsinə dair qərarı bu il iyunun 1-də Bakının Nərimanov rayon məhkəməsi çıxarıb. Qərara əsasən Zamirə Hacıyeva Beynəlxalq Bankdan 2009-2015-ci illər ərzində bir neçə kredit kartı ilə üst-üstə 18 milyon manat çıxararaq şəxsi ehtiyacları üçün xərcləyib. Bura xanım Hacıyevanın Avropa ölkələrində lüks istirahət xərcləri, gözəllik salonlarının xidmətlərindən istifadə etməsi, təyyarə biletləri və s. daxildir. Qərarda deyilirdi ki, Zamirə Hacıyeva 2014-cü il noyabrın 15-də Bakı aeroportundan “London istiqamətində” ölkəni tərk edib və həmin vaxtdan Azərbaycana qayıtmayıb.
Göründüyü kimi Z.Hacıyevanın barəsində çıxarılmış beynəlxalq axtarış qərarı formal xarakter daşıyıb. Bu yaxınlarda Cahangir Hacıyev vəkili vasitəsilə bəyan etmişdi ki, Beynəlxalq Bankın ona məxsus yüz milyonlarla dollarlıq səhmlərini dövlətə təhvil verib və deməli bankdan pulların mənimsənilməsinə dair ona qarşı irəli sürülmüş iddia qüvvədən düşməlidir. O cümlədən Zamirə Hacıyevaya qarşı 18 milyon manatlıq mənimsəmə əsassızdır.
Virtualaz.org
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















