Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

“Səfirlik, xarici nümayəndəlik və şirkətlərdə dilimizin işlənməsi yarıtmaz vəziyyətdədir” — Professordan açıqlama

Tarix: 11-11-2018 11:15     Baxış: 3162 A- / A+
“Səfirlik, xarici nümayəndəlik və şirkətlərdə dilimizin işlənməsi yarıtmaz vəziyyətdədir” — Professordan açıqlama

Son dövrlərdə müasir Azərbaycan ədəbi dilinin tükənməz imkanlarından lazımınca və düzgün istifadə edilməməsi narahatlıq doğurur.

Manevr.az-ın trend-ə istinadən məlumatına görə, bunu Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova deyib.

O qeyd edib ki, ədəbi dilimizin özünəməxsus inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad ünsürlərin üzə çıxarılması və qarşısının alınması istiqamətində mütəxəssislər heç də həmişə çeviklik nümayiş etdirə bilmirlər:

“Nəticə etibarilə dövlət dilimizin tətbiqi sahəsində bir sıra problemlər özünü qabarıq şəkildə büruzə verir. Dil dünya sivilizasiyasının, ictimai həyatın əksi olan müxtəlif elm sahələrini birləşdirdiyi kimi, ayrı-ayrı dillərin fonetik, leksik, qrammatik xüsusiyyətlərini də özündə birləşdirir. Ona görə də belə alınma və beynəlmiləl termin axını dilə daxil olan alınmaların tənzimlənməsi, dilimizin tələblərinə uyğunlaşdırılması kimi aktual problemləri meydana çıxarır. Nazirlər Kabineti yanında Terminologiya Komissiyası dilimizin qorunması, saflığının təmin olunması və inkişaf etdirilməsi istiqamətində qarşıda duran problemlərin həllində mühüm missiya daşıyır”.
S.Sadıqova bildirib ki, elmi-texniki tərəqqi, ictimai-siyasi həyatın inkişafı terminoloji sistemlərin fasiləsiz olaraq dəyişməsinə və inkişafına təsir göstərir: “Ona görə də terminologiyada baş verən dəyişikliklər diqqətlə izlənilir və terminologiyanın inkişafı həmişə düzgün istiqamətləndirilir. Digər tərəfdən, teleradiolarda və digər kütləvi informasiya vasitələrində verilən materiallar digər tələblərlə yanaşı, ədəbi dil normalarına da cavab verməlidir. Ancaq son zamanlar ölkəmizdə KİV-lərin fəaliyyətinin genişlənməsi, internetin cəmiyyətin bütün həyatına nüfuz etməsinin sürətlənməsi nəticəsində ədəbi dil normalarının qorunmasını nəzarətdə saxlamaq çətinləşmişdir. Belə şəraitdə dilin yad təsirlərdən qorunması, inkişaf etdirilməsi mühüm vəzifələrdən hesab edilir”.

Komissiya sədrinin müavini vurğulayıb ki, Azərbaycan dilinin reklam işində istifadə edilməsində də ciddi qüsurlar müşahidə olunur, əcnəbi dilli lövhələr gənc nəslin azərbaycançılıq ruhunda tərbiyəsinə mənfi psixoloji təsir göstərir, televiziya ekranlarında bəzən filmlər dublyaj edilmədən göstərilir, Azərbaycan dilinin tətbiq dairəsi süni olaraq məhdudlaşdırılır, səfirlik, xarici nümayəndəlik və şirkətlərdə Azərbaycan dilinin işlənməsi yarıtmaz vəziyyətdədir. O bildirib ki, göstərilən qüsurları aradan qaldırmaq üçün qəbul edilmiş dil sənədlərində mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub və həmin proses hazırda davam etməkdədir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar