Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

İnsan bədəninin ən çirkli nahiyələri - Ağlınıza gəlməyən yerlərdir

Tarix: 10-11-2018 18:23     Baxış: 3477 A- / A+
İnsan bədəninin ən çirkli nahiyələri - Ağlınıza gəlməyən yerlərdir

Əgər insan bədənində daxildən və xaricdən kök salmış mikroorqanizmləri xaric etsələr, o zaman insanın çəkisi azı 3-4 kq azalar. Bakteriya və mikroorqanizmlər insan bədənində harda istidir, rahatdır, orda yerini rahatlayır.

Amma bəzi yerlər var ki, orda quruluşuna, əlverişliyinə görə daha çox sayda bakteriya toplanır, bunun da sayəsində həmin nahiyə daha çirkli, daha pis qoxulu olur. Bakteriyaların elə növləri var ki, heç də göründüyü kimi zərərsiz deyil.

Manevr.az medicina.az-a istinadən insan bədənində təpədən dırnağa kimi ən kirli yerlərin xəritəsini təqdim edir. Bu heç də təkcə intim nahiyələr və qolaltı deyil.

Baş və bədəndə tüklərin altı

Dərinin tüklə ( istər az, istər çox) tüklə örtülmüş hissəsində bakteriya daha çox olur, nəinki təmiz dəridə. Mikroorqanizmlər dəri piyi, tər olan yerdə çox yaşayır. Saç və tüklərə ətrafdan toz və çirk qonur. Hər gün də saçları yumaq mümkün deyil.

Kişilərdə tüklü dəri hissə daha çox olduğundan onlarda bakteriya daha çox nahiyıdı məskunlaşır. Təmiz qoxu gəlməsi üçün gərək baş, bığ-saqqal, sinə, qol və ayaqlar hər gün təmiz yuyulsun.

Qoltuqaltı və qasıq nahiyəsi


Bu hissələr mikroorqanizmlərin kef etdiyi, çoxaldığı doğma yerlərdir. Ona görə ordan daha kəskin tər qoxusu gəlir. Əslində özlüyündə qasıq və qoltuq qoxulu nahiyə deyil. Yəni vəzilərdən ifraz olunan tər pis qoxu vermir. Tərə pis qoxu qatan bakteriyalardır. Həmin nahiyələrdə artıq tüklərin tez-tez təmizlənməsi də problemi azaltmır.

Anus

Məlumdur ki, bu nahiyə orqanizmin kanalizasiyası olduğu üçün ən çirkli hissədir. Həmçinin burda apokrin tər vəziləri yerləşdiyi üçün tər qoxusu gəlir. Patogen zonada bakteriyalar olduqca tez çoxalır.

Dəri qatları

Daha çox artıq çəkili insanlarda qarın, bel, bud, qollarda belə qatlar olduğundan bakteriya, göbələk artımları çox olur. Onlar gərək hər gün bu qatları su ilə təmizləsin. Həmçinin böyük süd vəzilərinin altı dermatit, göbələk xəstəlikləri üçün əlverişlidir.

Ağız boşluğu - Bakteriyaların cənnəti


Ağızdan qida və içki daxil olduğu üçün orda ən müxtəlif bakteriya növlərinə rast gəlinir. Əslində insanlar elə bilir ki, ağız boşluğu ən təmiz nahiyədir, hətta bir -birini də öpürlər. Hətta dişlərin təmizlənməsi də bu problemi aradan qaldırmır. Ağızdakı bakteriyaları öldürən yeganə vasitə ağız suyu vəzlərinin ifraz etdiyi sudur.

Öpüşərkən insanlar nəinki bir-birinə sevgi hissləri verir, həmçinin ağızdan ağıza bakteriya mübadiləsi baş verir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar