Sizin Reklam Burada
Xəbər lenti
08-05-2026
07-05-2026
BÜTÜN XƏBƏRLƏR

Növbəti fərdi jurnalist yazıları müsabiqəsi elan edildi

Tarix: 09-11-2018 08:20     Baxış: 2214 A- / A+
Növbəti fərdi jurnalist yazıları müsabiqəsi elan edildi

Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun müşahidə şurasının növbəti iclası keçirilib.

Fonddan publika.az-a bildiriblər ki, müşahidə şurasının sədri Həsən Həsənov iclasın gündəliyi barədə məlumat verib. Bildirib ki, iclasda “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçiriləcək fərdi jurnalist yazıları müsabiqəsinin elan” edilməsi və cari məsələlər müzakirə olunacaq.

Fondun icraçı direktoru Vüqar Səfərli bildirib ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçiriləcək fərdi jurnalist yazıları müsabiqəsi "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Konsepsiyası"nda əksini tapmış 19 istiqaməti əhatə edir. V.Səfərli qeyd edib ki, 2018-ci il noyabrın 8-dən dekabrın 14-dək davam edəcək müsabiqənin şərtlərinə əsasən, I yerin qaliblərinə 500, II yerin qaliblərinə 400, III yerin qaliblərinə 300 manat məbləğində mükafatın verilməsi nəzərdə tutulub.

Müşahidə Şurasının üzvləri müzakirə olunan məsələ ilə bağlı rəy və təkliflərini bildiriblər. Şuranın sədri Həsən Həsənov, sədr müavini İlqar Hüseynov, üzvlərdən - Bəhruz Quliyev, Ramiz Əskər, İntiqam Hümbətov, Əvəz Rüstəmov və Ayaz Mirzəyev Fondun keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, yaradıcı əməyinin stimullaşdırılması və sosial vəziyyətinin yaxşılaşdırılması baxımından əhəmiyyətini qeyd ediblər.

Daha sonra məsələ səsə qoyularaq təsdiq edilib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar