Xəbər lenti
“Azərbaycanda üç yaşına qədər uşaqlara müavinət verilməlidir” - Hadi Rəcəbli
“Vergi tətbiq olunmasında, sığortanın alınmasında köklü islahatların aparılması gözlənilir. Belə olan halda, qeyri-leqal məşğulluğun sığortaya cəlb edilməsi tendensiyası olacaq. Hətta sahibkarlar üçün sığorta faizlərinin aşağı salınması nəzərdə tutulur”.
Manevr.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikası 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrinin müzakirəsi zamanı komitə sədri Hadi Rəcəbli deyib.
Onun sözlərinə görə, yeni doğulan uşaqlara təyin edilən birdəfəlik müavinətin həcminin artırılması nəzərdə tutulur: “Təklif edirəm ki, 3 yaşına qədər uşaqlara da müavinət verilsin. Hətta bununla bağlı yeni qanun da hazırlana bilər”./report
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar