Xəbər lenti
Londonda sərgidə erməni təxribatının qarşısı alınıb - FOTO

Londonda (Böyük Britaniya) keçirilən "Dünya Səyahət Bazarı” sərgisində Ermənistan stendində işğal altında olan Dağlıq Qarabağa aid bölmənin ayrılması və sərgi iştirakçılarına təbliğat vasitələrinin paylanması cəhdləri boşa çıxıb.
Bu barədə Dövlət Turizm Agentliyindən bildirilib. Məlumata görə, Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmidin təşkilatçılar qarşısında qaldırdığı qəti tələb və rəsmi etiraz nəticəsində stend və Qarabağın turistik bölgələri nümayiş etdirilən çap materialları aradan qaldırılıb.
Dövlət Turizm Agentliyinin Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri Cəmilə Talıbzadənin səyləri ilə Böyük Britaniyadakı Azərbaycan səfirliyi də prosesə cəlb olunub.
Qeyd edək ki, sərgidən öncə də Azərbaycan tərəfindən təşkilatçılara bu barədə məlumat verilib. Bundan sonra da digər bütün beynəlxalq tədbir və sərgilərdə Ermənistanın Dağlıq Qarabağı ayrıca subyekti kimi təqdim etməyə yönəlmiş təxribat mahiyyətli bütün cəhdlərinin qarşısı alınacaq.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar