Xəbər lenti
Rövşən Rzayev MÜAVİNİNİ "VURDU" : adı neqativ hallarla bağlı çəkilirdi

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kadr dəyişikliyi olub.
Manevr.az xəbər verir ki, komitə sədrinin müavini Gəray Fərhadov tutduğu vəzifədən azad edilib. Hələlik bu vəzifəyə təyinat olmayıb.
Xatırladaq ki, Gəray Fərhadovun 61 yaşı var. Əslən Qubadlı rayonundan olan Gəray Fərhadov ixtisasca inşaatçıdır. O, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 2001-ci ildən şöbə müdiri, 2009-cu ildən Komitə sədrinin müavini vəzifəsində işləyib.

Sabiq sədr müavinin adı məcburi köçkünlərin yeni mənzilərlə təminatında əvvəllər yol verilmiş neqativ hallarla bağlı tez-tez çəkilirdi.
Nazirlər Kabinetinin 2018-ci ilin yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev məcburi köçkünlərin mənzil təminatında ciddi nöqsanlara yol verildiyini bildrimiş və demişdi: “Köçkünlərin vəziyyətindən istifadə edib əsassız imtiyaz, gəlir əldə etmək ən böyük günahdır, vicdansızlıqdır. Bunu edənlərin vicdanı, imanı yoxdur. Ona görə, bunlara qarşı çox ciddi mübarizə aparılır və aparılacaq, onlar eşitsinlər”.(Koordinat.az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar