Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

İraq Türkiyəyə qarşı cəsarəti hardan alır?

Tarix: 03-11-2016 19:55     Baxış: 5499 A- / A+
İraq Türkiyəyə qarşı cəsarəti hardan alır?

Mosulun demoqrafik vəziyyətinin dəyişilməsi Türkiyə üçün qırmızı xətdir.

Bunu Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. Analitik Mosul yaxınlığındakı düşərgədən çıxmayacağı halda İraqın Türkiyəni “işğalçı” hesab edəcəyini vurğulamasını gülünc adlandırıb:

“İraq Baş naziri Heydər Abadinin son açıqlaması, eləcə də bundan əvvəl ölkə parlamentinin Türkiyənin Mosula bağlı Başikadakı hərbi bazasının olmasını qəbul etməməsi ilə əlaqədar yazılı bəyanatı, daha sonra isə münasibətlərin kəskinləşməsi fonunda müxtəlif səpkili ittihamların irəli sürülməsi çox yersizdir. Bu gün İraqda 62 dövlətin ordusu var, ölkənin bir hissəsi isə İŞİD-in nəzarətindədir. İraqın 2003-cü ilin martında işğal edilməsindən sonra ərazisində ABŞ əsgərləri ilə yanaşı, İranın hərbi qüvvələrinin mövcudluğu, eləcə də rəsmi Bağdadın Tehranın ciddi təsiri altında olması fonunda belə bir açıqlamanın yayılması, xüsusilə də türk əsgərlərinin Mosul yaxınlığındakı düşərgədən çıxmayacağı halda İraqın Türkiyəni “işğalçı” hesab edəcəyini vurğulaması gülüncdür. Elə təkcə ABŞ-ın İraqın qərbindəki Ənbar vilayətində yerləşən Ayn Əl Əsəd və Bağdadi hərbi bazaları, Mosulda isə Kayyara hərbi bazası məlum həqiqətdir.

İran isə SEPAH-ın kifayət qədər ciddi birləşmələri ilə İraqda mövcudluğunu artıq təsdiq edib. Eyni zamanda, 2014-cü ildən başlayaraq İraqın bir sıra ərazilərinin İŞİD tərəfindən ələ keçrilməsi ilə rəsmi Bağdad İŞİD-lə mübarizə adı altında İranın təsiri altında olan radikal şiə qruplaşmalara öz qapılarını açdı. Məsələn, Haşdi Şabi adlı radikal anti-sünni qruplaşma buna misal ola bilər”.


V.Zifəroğlu İraq rəsmilərinin məhz indiki zamandaTürkiyə əleyhinə bu tonda açıqlamalar verməsini ciddi məqam olaraq qeyd edib:

“Mosulun demoqrafik vəziyyətinin dəyişilməsi Türkiyə üçün qırmızı cizgidir. İraqın sərhəd məntəqələrindən daim terror təhlükəsinin gözlənilməsi rəsmi Ankaranı haqlı olaraq cavab tədbirləri görməyə vadar edir. Hər halda burada İran faktorunun önəmi var və Türkiyə-İran münasibətləri birmənalı şəkildə İraq siyasi iqtidarına da öz təsirini göstərir. Unutmaq olmaz ki, bugünkü İraqda siyasi iqtidarın üzərində İranın ciddi təsir gücü var”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar