Sizin Reklam Burada
Xəbər lenti
19-05-2024
18-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan dilinin normaları daha çox Bakıda pozulur - Xalq şairi Prezidentin Fərmanını təqdir etdi

Tarix: 06-11-2018 08:48     Baxış: 4252 A- / A+
Azərbaycan dilinin normaları daha çox Bakıda pozulur - Xalq şairi Prezidentin Fərmanını təqdir etdi


"Dövlət Dil Komissiyasının yanında Monitorinq Mərkəzinin yaradılması Azərbaycan dilinin tətbiqi ilə bağlı qanunlara əməl edilməməsi faktlarının qarşısının alınmasında mühüm rol oynaya bilər. Bu baxımdan Prezident İlham Əliyev tərəfindən belə bir Mərkəzin yaradılması təqdirəlayiqdir".

Manevr.az xəbər verir ki, bunu milli.az-a açıqlamasında Vətəndaş Həmrəyliyi Pariyasının (VHP) sədri, sabiq millət vəkili, Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlı Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanla bağlı fikirlərini bölüşərkən bildirib.

Onun fikrincə, dövlət başçısı tərəfindən belə bir fərmanın imzalanması Azərbaycan dil siyasətinin mütəmadi davam etdirildiyini göstərir:
"Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra ana dilinin statusu Sovet dövrünə nisbətən qat-qat yüksəlib. Düzdür, Sovet dövründə də Azərbaycan dili dövlət dili idi, lakin bu, yalnız formal olaraq kağız üzərində, Konstitusiyada belə idi. İdarələrdə bütün yazışmalar rus dilində idi, iclaslar rus dilində aparılırdı. Hətta küçədə də yuxarı təbəqə yalnız rus dilində danışırdı. Bu dövr bitdi. Artıq "meydan hadisələri"ndən sonra 30 ilə yaxındır ki, dövlət dilinə qayğı artıb. Bununla bağlı əvvəla, "Dil haqqında" Qanun qəbul olunub. Həmin qanunda Azərbaycan dilinin dövlət dili kimi işlənməsi və inkişafı məsələsinin vacibliyi qeyd olunub, dövlət dilin qorunması və inkişafı hüquqi cəhətdən əsaslandırılıb. Daha sonra latın qrafikalı əlifbaya keçid oldu, eləcə də Azərbaycan prezidentləri Heydər Əliyev və İlham Əliyev tərəfindən müxtəlif vaxtlarda dövlət dilinin qorunması və inkişafı ilə bağlı bir neçə mühüm sənədlər qəbul olunub. Prezident İlham Əliyev tərəfindən "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanı isə göstərir ki, ölkədə dil siyasəti ardıcıl şəkildə davam etdirilir. Dilimizin qorunması və onun inkişafı dövlətin marağındadır. Bununla bağlı Dövlət Dil Komissiyasının yaradılması və cənab Prezidentin özünün də burada sədr olması ciddi göstəricilərdən biridir".

S.Rüstəmxanlı hesab edir ki, Monitorinq Mərkəzinin yaradılması Azərbaycan dili ilə bağlı qanunların pozulmasının qarşısını ala bilər:
"Azərbaycanda dövət dilinin inkişafı ilə bağlı Dövlət Proqramı və başqa sənədlər də qəbul olunub. Lakin təəssüf ki, onların yerinə yetirilməsində yenə də problemlər yaranır. Azərbaycan Dil Qurumu, eləcə də Mətbuat Şurası çox monitorinqlər keçirib. Amma onların təsir gücü o qədər də yüksək olmayıb. Mətbuatda deyilir, yazılır, lakin onun həyata keçirilməsində problemlər yaranır. Amma indi Dövlət Dil Komissiyasının yanında Monitorinq, yəni yoxlama mərkəzinin yaranması çox mühüm hadisədir. Əslində, məsələ elə ordan başlayır ki, bu terminlərin qarşılığı da öz dilimizdə tapılmalıdır. "Monitorinq"in də, başqa sözlərin də Azərbaycan dilində normal qarşılıqları var və onları terminologiyamıza gətirmək lazımdır. Belə bir Mərkəz yaransa və dil normativlərinin pozulması ilə bağlı müəyyən təkliflərlə çıxış etsə, onun müəyyən hüquqi səlahiyyəti olsa, şübhəsiz, dillə bağlı müəyyən müəssisələrin qanunlara əməl etməməsi faktlarının qarşısı alınar".

Xalq şairi dilimizin normalarının əsasən harada və necə pozulduğuna dair müşahidələrini də açıqlayıb:
"Azərbaycan dilinin normaları daha çox şəhərlərdə, xüsusən paytaxt Bakıda pozulur. Buna müəssisələrin adlarının seçilməsindən tutmuş reklamlara qədər çoxlu faktlar var ki, orada dil normaları kobud şəkildə pozulur. Eyni zamanda, yerli mətbuatın dilində hərc-mərclik var. Bir çox qəzet, jurnal və kitablar korrektura və redaktədən keçmədən çıxır. İndi hətta müəllif öz kitabını redaktorsuz da buraxa bilər. Amma heç olmasa korrektor və korrektura olmalıdır. Bizdə indi yazı qaydasına da son dərəcə biganə münasibət var. Kim necə istəyir, o cür də yazır. Nöqtə, vergül yerində deyil, sözlər düzgün yazılmır. Yəni yazı dilindən başlamış televiziya və radiodakı şifahi nitqə, hətta dərdliklərimizin dilinə qədər çox ciddi qüsurlar var. Bunların qarşısı alınmalıdır!"

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar