Sizin Reklam Burada
Xəbər lenti
08-05-2026
07-05-2026
BÜTÜN XƏBƏRLƏR

Türkiyə səfirliyinin mətbuat müşaviri Mətbuat Şurasında olub - FOTO

Tarix: 05-11-2018 21:03     Baxış: 3244 A- / A+
Türkiyə səfirliyinin mətbuat müşaviri Mətbuat Şurasında olub - FOTO


Bu gün Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz Mətbuat Şurasında (MŞ) olub.

Manevr.az bildirir ki, Şuradan Trend-ə verilən məlumata görə, MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Türkiyə və Azərbaycan mediası arasındakı əlaqələrin hazırkı durumundan söz açıb.

Son illər mövcud istiqamətdə pozitiv tendensiyalar artdığını vurğulayan Ə.Amaşov xüsusən Türkiyədən Azərbaycana jurnalist səfərlərinin sayının artmasına diqqət yönəldib. O bu cəhətin qardaş ölkənin media gündəminə də əsaslı təsir göstərdiyini deyib.

H.Karadeniz həm Türkiyədən Azərbaycana, həm də Azərbaycandan Türkiyəyə jurnalist səfərlərinin sayının daha da artırılmasına ehtiyacın duyulduğunu vurğulayıb. O, Türkiyə səfirliyinin hər zaman bu amili diqqətdə saxladığını bildirib.

MŞ İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qarşılıqlı səfərlərin təcrübə mübadiləsi baxımından vacibliyindən söz açıb və qeyd edib ki, Türkiyənin qabaqcıl media təcrübəsinin öyrənilməsi və tətbiqi mühüm əhəmiyyət daşımaqdadır.

Görüşdə qarşıdakı əməkədaşlıq məsələlərinin müxtəlif tərəfləri haqqında geniş fikir mübadiləsi aparılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar