Sizin Reklam Burada
Xəbər lenti
14-10-2025
13-10-2025
BÜTÜN XƏBƏRLƏR

7 noyabradək telefon və kompüterdən uzaq durun! - XƏBƏRDARLIQ

Tarix: 05-11-2018 20:43     Baxış: 3483 A- / A+
7 noyabradək telefon və kompüterdən uzaq durun! - XƏBƏRDARLIQ

Bu gündən başlayaraq Günəşda geomaqnit sahədə qasırğa müşahidə edilir.

Manevr.az xəbər verir ki, bu barədə publika.az-a Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Məlumata görə, geomaqnit sahə, son 24 saat ərzində müsbət qütblülüyə malik CH HSS effektindən əvvəl CIR-in Yerə çatması səbəbindən G1 (Minor) qasırğa səviyyəsinə çatıb. G1 qasırğa səviyyəsi əsasən noyabrın 4-də/18.00-24.00 UTC müddətində müşahidə edilib.

2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövrünün iki günü (5-6 noyabr) normal səviyyədə qalacağı gözlənilir. Sonuncu proqnoz günü isə (7 noyabr) bu selin yüksələcəyi gözlənilir. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (5-7 noyabr) fon səviyyələrində davam etməsi gözlənilir.

Günəş küləyi parametrlərinin müsbət qütblülüyə malik CH HSS effektinin təsiri səbəbindən 5-6 noyabr tarixlərində yüksələcəyi proqnozlaşdırılsa da, sonuncu proqnoz günü (7 noyabr) bu effekt zəifləməsi parametrlərin də fon qiymətinə qayıtmasına səbəb ola bilər.

Bu gün geomaqnit sahədə qasırğa səbəbi G1-G2 (Minor - Moderate) səviyyəsinə qədər qalxacaq. Növbəti gün (06 noyabr) bu qasırğa səviyyəsinin davam edəcəyi, 7 noyabr tarixində isə nisbətən zəifləyəcəyi gözlənilir. Lakin sonuncu proqnoz günü də (7 noyabr) fasilərlə həyəcanlanmaların olacağı istisna edilmir.

Qeyd edək ki, geomaqnit sahənin belə aktivlik şəraiti enerji sistemində və peyk yayınlarında, radiorabitədə kiçik mənfi effektlərə səbəb olur. Sürətli Günəş küləyi rejimi, maqnit sahəsinin nizamsız həyəcanlanmaları canlı orqanizmlərə də mənfi təsir göstərir. Bu həyəcanlanmalar xüsusi risk qrupundan olan xəstə və hətta bəzi sağlam insanlarda baş ağrılarının və miqrenin yüksəlməsi halları kimi narahatçılıqlar, yuxusuzluq, stres və depresiya tipli hissiyat meydana gətirə bilər. Məsləhət görülür ki, belə günlərdə birbaşa Günəş şüaları altında çox qalmayasınız, çoxlu təmiz su içmək faydalıdır, kofein və alkoqol tərkibli içkilərdən imtina etmək lazımdır, həmçinin kompüter qarşısında və mobil qurğularla (planşet, smartfon və s.) az vaxt keçirmək və ağır iş yükünü azaltmaq geomaqnit sahənin həyəcanlanmalarının sağlamlığa mənfi təsiri riskini azaldır.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar