Sizin Reklam Burada
Xəbər lenti
21-08-2026
20-08-2026
BÜTÜN XƏBƏRLƏR

Lezbiyan şairələrin müəmmalı eşq macəraları

Tarix: 05-11-2018 07:11     Baxış: 2287 A- / A+
Lezbiyan şairələrin müəmmalı eşq macəraları

Deyim var ki, hər bir yaradıcı simanın qəlbində fırtınalar qoparan ilham pərisi var. Onlar olmasa nə fırça, nə də qələm ustaları öz əsərlərini yarada bilərlər. İlham pərilərindən söz düşəndə Marina Svetayeva ilə Sofiya Parnokun adlarını qeyd etməmək olmaz. Svetayeva yaradıcılığının ən qızğın dövrünün nümunələrini öz məşuqəsi Parnoka həsr edib. Şairənin əsərləri bu gün də ədəbiyyatsevərlərin mənəvi qidasıdır. Lakin çoxları onların kimə yazıldığından xəbərsizdirlər.

Manevr.az xəbər verir ki, II Dünya Müharibəsindən öncəki illərdə Adelaida Hertsik adına ədəbiyyat salonu Moskva şairələrinin məbədi sayılırdı. Svetayeva ilə Parnokun ilk görüşü də burada baş tutur. Marina Svetayevanın 23 yaşı vardı. Onu evdə 2 yaşlı qızı və sevimli həyat yoldaşı Sergey Yefron gözləyirdi.

Zaman keçdikcə aralarında eşq münasibəti yaranan iki şairə xanım artıq bir-birindən imtina edə bilmirdilər. Birgə səyahətlərə çıxmaqdan çəkinmirdilər.

Marinanın həyat yoldaşı Yefron bu burulğanın durulacağına ümid etsə də, sevimli arvadını yolundan döndərə bilmir və tezliklə müharibəyə gedir. Bu ərəfədə Svetayeva sevimli məşuqəsinə sevgisini açıq-aydın etiraf etdiyi eşq misraları yazırdı. Lakin qəribədir ki, bununla bərabər onun ərinə olan sevgisi də səngimirdi.

Deyirlər günah üzərində qurulmuş münasibətlər süquta məhkumdur. Odur ki, bu eşq macərasının da sonu gəldi. Svetayeva ara-sıra kişi pərəstişkarları ilə görüşür, onlarla sevişirdi. Sofiya isə məşuqəsi ilə birgə yaşadıqları evə ondan gizlin başqa qadınlar gətirirdi. Bundan xəbər tutan Svetayeva bir daha geri dönməmək şərtilə Parnoku tərk edir.

Maria Sofiya ilə bağlı bütün xatirələrini torpağa basdırdığını bildirirdi. O, hətta Parnokun ölümünü sərt soyuqqanlılıqla qarşıladı. Lakin çox güman ki, ürəkdə yaşayan ən qaynar hissləri söküb atmaq mümkün deyil./publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar