Sizin Reklam Burada
Xəbər lenti
15-05-2024
14-05-2024
BÜTÜN XƏBƏRLƏR

2 dinarlıq ipəyi 150 min dinara satmaq - Orta əsrlərin ipək müharibələri

Tarix: 05-11-2018 07:02     Baxış: 2142 A- / A+
2 dinarlıq ipəyi 150 min dinara satmaq - Orta əsrlərin ipək müharibələri

Orta əsrlərdə dünyanın ən vacib ticarətlərindən biri də ipək ticarəti idi. Bu zəngin ticarəti və gəliri ələ keçirmək üçün bir sıra böyük müharibələr olub.

Manevr.az bildirir ki, bu barədə məlumatı "ölkə.az"a tarixçi-alim Əkbər Nəcəf verib.

III-VII əsrlər boyunca Roma-Bizans ilə Sasanilər, Türklər (Quşanlar, Ağhunlar, Göytürklər) və Çin arasında meydana gələn müharibələrin təməlində ipək yatırdı.

1.Roma və davamında Bizansın ipəyi yoxdu, amma ipəyə ehtiyacı vardır;

2.Sasanilərin ipəyə ehtiyacı yoxdu, ancaq ipək ticarətinə ehtiyacı vardı;

3.Türklərin ipəyi də yoxdu, ipəyə ehtiyacları da, ancaq ipək ticarətinə nəzarətə ehtiyacları vardı;

4.Çinin ipəyi çoxdu, ancaq ipək qiymətinə nəzarət edə bilmirdi.
1 kilo ipəkdən Çinin əlinə 2 dinar qazanc keçirdi.

Türklər isə Çinə hücum etməmək şərti ilə təzminat olaraq ipəyi Çindən pulsuz alıb, 100 dinardan satırdılar.

Sasanilər isə 100 dinarlıq ipəyi Romaya 150 min dinara satırdı.

Roma/Bizans tarixi boyunca Çindən ipəyi vasitəsiz almaq üçün mübarizə aparmış, ancaq buna nail ola bilməmişdir. Türklər Sasaniləri bu ticarətdən çıxarmaq və böyük qazancı ələ keçirmək üçün əsrlərlə mübarizə aparmışdılar. Sasanilər az miqdarda ipək alır, ancaq yüksək qiymətdən satırdı. Bununla Sasanilər həm Bizansı öz ticari təsirində saxlayır, həm də Türklərin və Çinin artıq qazanc əldə etməsinə mane olurdular.

Bizans daha sonra ipək istehsal etsə də Çin ipəyinə tələbatı azaltmadı. Çünki Bizans ipəyi kobud idi. Bunun da səbəbi təbiətdir.

Bu ixtialfdan ən böyük qazancı ələ keçirənlər ərəblər olublar.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar